22:00 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
130 0 0

Qazax rayonunun Qarapapaq kəndində quraşdırılan transformatorlar istifadə müddətini başa vursa da, onları yenisi ilə əvəzləmək heç kimin "ağlına gəlmir"

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 19 avq — Sputnik. Qazax rayonunun Qarapapaq kəndini elektrik enerjisi ilə təmin edən transformator qurğuları öz istifadə müddətini başa çatdırıb. Lakin, yenisi ilə əvəz olunması kimlərinsə ucbatından zaman alır. 

Sonuncu dəfə nə zaman baxış keçirildiyi kənd sakinləri tərəfindən unudulan bu qurğular əsl təhlükə mənbəyidir. Sputnik-ə müraciətində bunları kənd sakini, kənd icmasının üzvü Rafiq Muradov bildirib.

Onun sözlərinə görə, çoxu sovet dövründə quraşdırılan bu elektrik qurğuları yararsız vəziyyətdədir: "Kənddəki transformatorların durumu ilə bağlı dəfələrlə ölkə Prezidentinə, "Azərişıq"a müraciət etmişik. Lakin, nə yuxarı dairələrdən, nə də yerli əlaqədar təşkilatlardan müraciətimizə cavab ala bilmişik. Kənddəki transformatorlardan biri işləmir, iki transformatorun yükünü daşıyan digəri isə bərbad gündədir. Sonuncu dəfə nə zaman baxış keçirildiyi yadımda deyil".

Əksəriyyəti sovet dövründə quraşdırılan bu elektrik qurğuları yararsız vəziyyətdədir
© Sputnik / Hikmet Orhun
Əksəriyyəti sovet dövründə quraşdırılan bu elektrik qurğuları yararsız vəziyyətdədir

O deyib ki, insanlarda pul olmadığından əsas qorxuları evlərindəki məişət avadanlıqlarının yanmasından dolayıdır: "Hər kəsin evində soyuducu, televizor və s. elektrik avadanlığı var. Yağış yağanda, külək əsəndə işıqlar tez-tez yanıb sönür, hətta, elə olur, iki-üç saat işıqsız qalırıq".

"Belə havalarda həmin avadanlıqlar yanıb sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qalır. İnsanlarımızın maddi durumu isə o səviyyədə deyil ki, belə bir hadisə baş verəcəyi təqdirdə onları yenisi ilə əvəzləyə bilsinlər", — sakin bildirib.

R. Muradov onu da qeyd edib ki, transformator qurğularının ətrafı lazımi qaydada mühafizə olunmadığından və təmizlənmədiyindən sakinlər üçün münbit təhlükə mənbəyidir.

Məsələylə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) Qazax elektrik şəbəkəsindən mövqe öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.

Əlaqədar

Bu kənddə sünni-şiə ayrıseçkiliyi ləğv edilib
Mərmi və dolu döyən kəndlərdə mal-qara da psixoloji travma alıb
Aramsız yağış Şəkinin daha bir kəndinə ziyan vurub
Şəkinin kəndlərində itlər əhaliyə hücum edir
İlanlar kəndlilərə sahəyə çıxmağa imkan vermirlər
İsmayıllıda 10-dan çox kəndi sel basıb, yollar dağılıb
Bu kənddə almanların ruhu dolaşır
Teqlər:
transformator, Qarapapaq, kənd, "Azərişıq" ASC, Qazax, sakin, narazılıq

Əsas mövzular