23:17 26 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0272
  • EUR1.9396
Bu gün İB-nin təşkilatçılığı ilə, Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi mövzusunda tədbir keçirilib

"Heç Qarabağ döyüşlərində bu qədər insan ölmürdü"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
71 0 0

Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri və qəzalarda həyatını itirən insanların sayı pik həddə çatıb

BAKI, 15 avq — Sputnik. Bu gün Bakıda "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin (İB) təşkilatçılığı ilə, "Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi" mövzusunda tədbir keçirilib. Sputnik xəbər verir ki, İB sədri Elməddin Muradlı bu mövzu ilə bağlı xüsusi layihə icra etdiklərini bildirib.

"Bu ilin 6 ayında yol-nəqliyyat hadisələrində ölənlərin sayı 400-ü keçib. Onların əksəriyyəti piyadalardır. Piyada vurmalar nəticəsində insanlar həyatını itirib. Bu da sürücülərlə piyadalar arasında qarşılıqlı nizamsızlığın nəticəsidir. Bu gün bu sahədə cəmiyyətdə maarifləndirməyə, təbliğata çox böyük ehtiyac var. Son 1 ildə avtomobilləşmə səviyyəsi o qədər də sürətlə getmir. Amma bunun fonunda yol qəza hadisələrinin sayı artır. Bu, bizi narahat edir", — E. Muradlı deyib.

Yol nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ölkəmiz müasirləşsə və yeni yollar çəkilsə də, təfəkkür dəyişməyib: "Baş verən qəzaları, yol hadisələrini nəzərdən keçirdikdə elə qənaətə gəlinir ki, 1970-ci illərdir. Bu məsələlərdə yanaşma dəyişməlidir. Avtomobillərin sayı artıqdca qəzaların da sayı artır. Avtomobildən istifadə mədəniyyəti deyilən bir anlayış var. Hələ bizim cəmiyyətdə bəzən bu barədə düşünən də yoxdur".

Baş verən qəzaları, yol hadisələrini nəzərdən keçirdikdə elə qənaətə gəlinir ki, 1970-ci illərdir
© Sputnik / Murad Orujov
Baş verən qəzaları, yol hadisələrini nəzərdən keçirdikdə elə qənaətə gəlinir ki, 1970-ci illərdir

"İnkişaf etmiş ölkələrdə avtomobilləşmə prosesi çoxdan pik həddə çatıb və insanlar geriyə qayıdırlar. Şəhər meri, deputatlar, nazir və s. velosiped sürür, metro, avtobus ilə gedir. Sürücülərlə polis arasındakı münasibətlər də tənzimlənməlidir. Bunun üçün də proqram olmalıdır, maarifləndirmə işləri aparılmalıdır", — ekspert bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov isə qeyd edib ki, bu sahədə ölkəmizdə mükəmməl qanunvericilik bazası var: "Yol infrastrukturu dünya standartlarına uyğun qurulub. Bunun nəticəsində qəzaların və qəzada ölənlərin, yaralananların sayı azalıb. Amma bunu dünyadakı vəziyyətlə bir müstəviyə qoysaq, vəziyyət heç də ürəkaçan deyil. Yol qəzalarında ölənlərin statistikasına baxanda elə bilirsən ki, Azərbaycanda sanki yollarda müharibə gedir. Son bir neçə ildə Azərbaycanda hər il yol qəzalarında 1200-ə qədər insan ölüb. Heç Qarabağda fəal döyüşlər gedəndə bu qədər adam ölmürdü".

"İsveçin Azərbaycan qədər əhalisi var. Orada ölüm faizi 2 faizdir. Yəni, 100 avtomobil qəzasından ikisində insan ölür. Avstriyanın əhalisi Azərbaycandan təxminən 1 milyon azdır. Ölüm faizi 2,7-dir. Avropada 4,2 faizdən artıq deyil. Türkiyədə bu rəqəm 5 faizdir. Azərbaycanda bu rəqəm 2012-2014-cü illərdə 33-36 faiz olub. Bu, çox acınacaqlı bir rəqəmdir. Yəni, hər 100 avtomobil qəzasında 33-36 adam ölür. 3 avtomobil qəzasının birində insan ölür", — deputat vurğulayıb.

Əlaqədar

Salyanda ağır qəza: bir ailənin beş üzvü xəsarət aldı
Olimpiya Oyunlarında qəza baş verib
Şəkidə zəncirvari yol qəzası baş verib
Bakıda polis əməkdaşı qəzaya uğradı
Yol qəzasına düşən 15 mindən çox insana təcili tibbi yardım göstərilib
Tovuzda ağır qəza baş verib
Teqlər:
yol-nəqliyyat hadisələri, polis, sürücü, qəza

Əsas mövzular