20:57 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
274513

Qadın iki qızı ilə birlikdə Azərbaycana dönmək istəyir, amma bunun üçün maddi vəsaitləri yoxdur. Həmçinin onların üzərində İŞİD-in qəddar nəzarəti var.

BAKI, 15 avq — Sputnik. İki azyaşlı qızı ilə Suriyaya İŞİD sıralarında vuruşmağa gedən və orada öz günahının cəzasını çəkən ana geri qayıtmaq istəyir. Amma bunu necə edəcəyini bilmir. Bu barədə Sputnik-ə uşaqların atası İlqar Yusifzadə bildirib.

Qızları — 11 yaşlı Nəzrin və 5 yaşlı Lalə anaları Pərvanə Yusifzadə ilə birlikdə, 2015-ci ilin mayından Suriyanın Raqqa şəhərinə köçüblər. Qızların atalarına dediklərinə və göndərdikləri fotolara görə, onlar ora İŞİD sıralarında döyüşmək üçün gediblər. Orada uşaqlar silahlardan istifadə etməyi öyrəniblər və həmişə atalarına əllərində avtomat tutduqları şəkillərini yollayaraq onu da yanlarına çağırıblar.

Pərvanə Yusifzadə isə Suriyaya getməmişdən əvvəl boşandığı əri ilə rabitə əlaqəsi saxlamaqdan imtina edib. Bir ildən artıq vaxt keçəndən sonra qadın öz seçimində yanıldığını başa düşüb. (Sputnik bu barədə ilk dəfə deyil ki, yazır)

Bununla belə, İ. Yusifzadənin redaksiyamıza təqdim etdiyi məlumata görə, o, sonuncu dəfə qızları ilə iyunun 27-də əlaqə saxlayıb. WhatsApp-a yazılanları araşdırarkən başa düşüb ki, sonuncu mesajı ona böyük qızı yox, keçmiş arvadı yazıb. Qadın boynuna alıb ki, keçmiş əri ilə o, özü əlaqə saxlayır.

İ. Yusifzadə sabiq arvadı ilə danışıb ki, heç olmasa, qızları görmək üçün Türkiyəyə gətirsin. Qadın isə imtina edib. O, cinayətkar kimi yaxalanacağından və keçmiş ərinin qızlarını onun əlindən alacağından qorxur.

Bununla belə, Raqqada qalmaq onun üçün çətindir. Qadın şikayətlənib ki, onlara daha əvvəl verilən pullar bəs eləmir. Çünki onlar mühasirədədirlər və pul dəyərdən düşüb. Buna görə də xanım Yusifzadə qızlarının qızıl sırğalarını satmalı olub.

Keçmiş əri ilə söhbətində qadın bildirib ki, şəhəri tərk etmək praktiki olaraq mümkün deyil. Ərsiz qadın üçün bunu etmək daha çətindir. Əgər qaçmağa cəhd etsələr, onları yaxalayaraq cəzalandıracaqlar.

Daha əvvəl İŞİD-çilər yerli əhalidən adambaşına 500 dollar alaraq onları azad edirdilər. İndi isə vəziyyət çətinləşib və qiymətlər yəqin ki, qaldırılıb. Ailə atadan onlara pul göndərməyi xahiş edir, amma hara və kimə göndərmək lazım olduğunu bilmirlər.

Qadın iki uşağı ilə İŞİD sıralarında dul qadın kimi yaşayır. Ona daim ərə getməyi məsləhət görürlər. İŞİD-də yalnız ərli qadınlar üçün yaşamaq bir qədər asandır. Buna görə də, qadın dəfələrlə ərinə Suriyaya gedərək ailəyə başçılıq etməyi təklif edib.

Lakin İ. Yusifzadə artıq nə edəcəyini bilmir. O, terrorçulara qoşulmaq niyyətində deyil. Sabiq yoldaşı da olduqları yerin ünvanını gizlədir.

Kişinin sözlərinə görə, uşaqlara qayıtmaq üçün pul göndərərdi, amma bunu kimin vasitəsilə edəcəyini bilmir. Həmçinin qorxur ki, onu Azərbaycanda terrorçuları maliyyələşdirməkdə günahlandıraraq həbs edərlər.

Yusifzadənin sözlərinə görə, keçmiş həyat yoldaşının söylədikləri ilə hərəkətləri üst-üstə düşmür. Hərdən kişiyə elə gəlir ki, onu çox şey bildiyi üçün "uçuruma itələmək" istəyirlər.

Qeyd edək ki, onun sabiq arvadı Azərbaycanı uşaqlarla birlikdə saxta sənədlərlə tərk edib. Çünki uşaqların sənədlərinin əsli atalarındadır. Hətta saxta sənədlərlə olsa belə, uşaqların ölkədən çıxması ilə bağlı heç yerdə qeydiyyat aparılmayıb.

İlqar Yusifzadənin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları qeyd edirlər ki, onun ailəsini ölkədən çobanlar çıxarıblar. Çünki çobanlar sərhədlərdəki gizli yolları və nəzarət boşluğu olan yerləri yaxşı bilirlər.

Yeri gəlmişkən, qızlar rəsmən Respublikanı tərk etməyiblər. Onlar hələ də dövlət axtarışındadırlar və heç kəs onları ölkə xaricində axtarmağa hazırlaşmır. Azərbaycanın hüququ-mühafizə orqanları öz növbələrində bildirirlər ki, Pərvanə Yusifzadə uşaqları ilə birlikdə Raqqada yox, Türkiyə-Suriya sərhəddindədir.

Bununla belə, ailə başçısı uşaqların axtarışı ilə bağlı prosesdən narazıdır. Kişi iki böyük paket sorğu və hüquq-mühafizə orqanlarının məktubunu toplayıb. Lakin ortada heç bir nəticə yoxdur. Yusifzadə qeyd edir ki, əgər axtarışlar dayandırılsa, o, Respublikada fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə şikayət edəcək.

Əlaqədar

Suriyada dəhşət baş verir: terrorçular əhaliyə qarşı kimyəvi silahdan istifadə ediblər
Müdafiə naziri: "Suriya hadisələri Qafqazda təkrarlana bilər"
"Suriyalı miqrantların Avropaya daşınması köləliyin müasir formasıdır"
"Türkiyə-Rusiya münasibətlərində Suriya amili arxa plana keçəcək"
Rusiya-Türkiyə münasibətləri "Suriya düyünü"nə ilişəcəkmi?
Suriya üçün "Yuqoslaviya ssenarisi"
Teqlər:
İlqar Yusifzadə, Pərvanə Yusifzadə, lalə, Nəzrin, qadın, İŞİD, Suriya

Əsas mövzular