21:25 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Milli Məclisə təkrar seçkilərin nəticələri təsdiqləndi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
2101

Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunan nəticələr təsdiq edib

BAKI, 5 iyul — Sputnik. Bu gün Konstitusiya Məhkəməsi 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrinə dair iclas keçirib. Sputnik xəbər verir ki, iclasda Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təqdim olunan nəticələr təsdiq edilib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər iyunun 18-də keçirilib. Seçkilərdə 7 namizəd — Yeni Azərbaycan Partiyasından namizəd Cavid Osmanov, Ümid Partiyasından namizəd İqbal Ağazadə və bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov, Rəşad Abdullayev və Elmir Gözəlov iştirak edib.

Ümumilikdə, seçki dairəsi üzrə 40 203 seçicidən 23 292-si səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir. Təkrar seçkidə Yeni Azərbaycan Partiyasından namizəd C.Osmanov seçicilərin 85 faizdən çoxunun səsini qazanaraq lider namizəd olub.

Əlaqədar

Ağdaş seçki dairəsinin nəticələri Konstitusiya Məhkəməsinə göndərildi
MSK: Ağdaş dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə seçici fəallığı 57,9% olub
Bu gün Ağdaşda Milli Məclisə seçkilər keçirilir
Obama prezident seçkilərində rəsmi olaraq Klintonu dəstəkləyib
Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin adları məlum oldu
Teqlər:
təkrar seçki, MSK, Mərkəzi Seçki Komissiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi

Əsas mövzular