10:52 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2510

Yağışlar nəticəsində Gəncə əhalisinə dəymiş ziyanın aradan qaldırılmasına 5 milyon manat ayrılıb

BAKI, 29 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik xəbər verir ki, Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Əlaqədar

Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı
Gəncədə fövqəladə vəziyyət: sakinlər evlərini tərk ediblər
Gəncədə bir saat ərzində iki qəza baş verib
Gəncədə yaşlı qadını qətlə yetirən şəxs tutulub
Gəncədə orduya dəstək aksiyası keçirilib
Moskvadan Gəncə və Lənkərana aviauçuşlar təxirə salınıb
Teqlər:
5 milyon, maliyyə, Azərbaycan Prezidenti, Gəncə, yardım, İlham Əliyev

Əsas mövzular