07:04 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
136 0 0

Geni dəyişdirilmiş çay və taxıl məhsullarının ölkəyə gətirilməsi qadağan edilir.

BAKI, 13 iyun-Sputnik. Geni dəyişdirilmiş çay və taxıl məhsullarının ölkəyə gətirilməsi qadağan edilir.

Sputnik APA-ya istinadla bildirir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Çayçılıq haqqında" və "Taxıl haqqında" qanuna əlavə və dəyişiklik təklif edilir.

"Çayçılıq haqqında" qanununa təklif edilən 10.3-cü maddəyə görə, "Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir"

Qanunun 8.3-cü maddəsinə təklif olunan bəndə görə də "Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir".

"Taxıl haqqında" qanuna təklif edilən 6.8-ci maddədə isə qeyd olunur ki, "Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir".

Qanuna təklif olunan 11.5-ci maddəyə görə isə, "Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir".

Hər iki layihənin qeyd hissəsində deyilir ki, qadağanın pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradacaq.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev iş adamlarına geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməməsi ilə bağlı dəfələrlə çağırış edib. Ekoloqlar da qida təhlükəsizliyi baxımından bu məhsulların ölkəyə daxil olmasının qadağan edilməsinin vacibliyini bildirirdilər. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi GMO-ların ölkəyə daxil olması barədə faktları təkzib etsə də, görünür bu faktlar təsbit edilib və Milli Məclis müvafiq qanunvericiliyə bu barədə zəruri əlavə etmək qənaətinə gəlib. 

Əlaqədar

GMO: yeyək, yeməyək?
Komitə istehsalda GMO bitkilərdən istifadəni müəyyənləşdirəcək
GMO-məhsul idxal edən və onu satan cinayət məsuliyyətinə cəlb olunacaq
Teqlər:
genetik modifikasiya olunmuş bitkilər, taxılçılıq, çayçılıq, Azərbaycan prezidenti İlham Əliyev, Kənd Təsərrüfatı Nazirliyi, İnzibati Xətalar Məcəlləsi, GMO, Cinayət Məcəlləsi, çay, İlham Əliyev, qanun

Əsas mövzular