11:06 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
22101

İstirahət mərkəzlərində niyə təhlükəli bölgələr barədə insanlara məlumat verilmir, xəbərdaredici nişanlar quraşdırılmır? Və bunun məsuliyyəti hansı qurumun, yaxud qurumların üzərinə düşür?

BAKI, 6 iyun — Sputnik. Xızıda baş verən ağır yol qəzası istirahət zonalarının təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. İstirahət mərkəzlərində, turizm obyektlərində baş verən, bəzi hallarda ölümlə nəticələn qəzalar cəmiyyətdə bir sıra suallar meydana çıxarır. Ən önəmli sual isə bundan ibarətdir: istirahət və turizm mərkəzlərində təhlükəsizliyi kim təmin etməlidir?

Xəzər dənizi sahillərinə, çimərliklərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sularda Xilasetmə Xidməti nəzarət edir. Nazirliyin əməkdaşları təhlükəli bölgələrdə xüsusi xəbərdaredici nişanlar quraşdırmaqla yanaşı, ərazidə növbəli qaydada keşik çəkərək, vətəndaşları mümkün təhlükələrdən xilas edirlər.

Bu baxımdan, çimərliklərdə vəziyyəti qənaətbəxş hesab etmək olar. Bəs bölgələrdə, dağlıq, meşəlik ərazilərdəki istirahət mərkəzlərində durum niyə fərqlidir? Niyə bu ərazilərdə təhlükəli bölgələr, nəzarət olunmayan ərazilər, yaxud qarşıda hansısa maneə olması barədə insanlara məlumat verilmir, xəbərdaredici nişanlar quraşdırılmır? Və bunun məsuliyyəti hansı qurumun, yaxud qurumların üzərinə düşür?

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Sputnik-ə açıqlamasında, ekstremal yollardan keçilərək gedilən turizm obyektlərində təhlükəsizliyə FHN-in nəzarət etmədiyini bildirib. Onun sözlərinə görə, belə yollara "Azəravtoyol" ASC baxır.

"Həmin qurum bu yollarda vəziyyəti tənzimləməlidir. Bizim borcumuz hadisə baş verərkən hadisədə zərər çəkənlərə yardım etməkdir", — FHN sözçüsü vurğulayıb.

O. Bayramovun dediyinə görə, dənizdə xilasedicilər olmalıdır: "Çünki dənizdə pis üzənlər ola bilər, uzağa gedib boğula bilər. Ona görə dənizdə xilasedicilərin olması mütləqdir. Amma yollarda hər 50 metrdən bir xilasedici qoymaq mümkünsüzdür".

Məsələ ilə bağlı müraciət etdiyimiz "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, turizm obyektlərinə aparan yollarda, yaxud istirahət mərkəzlərinin ərazisində xəbərdaredici nişanların quraşdırılması ASC-nin səlahiyyətində deyil: "Biz yalnız təmir işləri zamanı nişanlar quraşdırırıq. Amma əgər, hansısa turizm bölgəsində nişan quraşdırılmalıdırsa, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi, yaxud həmin istirahət mərkəzinin tabe olduğu qurum "Azəravtoyol"a müraciət etməlidir və bundan sonra o istiqamətdə tədbirlər görülə bilər".

Заместитель ректора Азербайджанского университета туризма и менеджмента, эксперт в области туризма Эльдар Асланов
© Sputnik / Fuad Hasanov
Заместитель ректора Азербайджанского университета туризма и менеджмента, эксперт в области туризма Эльдар Асланов

Azərbaycan Turizm və Menecment Universitetinin rektor müavini, turizm üzrə ekspert Eldar Aslanov Sputnik-ə açıqlamasında, Azərbaycanda 8000-dən çox turizm əhəmiyyətli tarixi abidə olduğunu deyib: "Bu abidələrin bir qismi restavrasiya olunub qorunsa da, bir çox abidələr qorunmur. Bir çox ölkələrdə olan turist kimi deyə bilərəm ki, heç bir ölkədə bütün abidələr yüksək səviyyəyə gətirilərək, turistlərin ixtiyarına verilməyib. Bunun üçün yüksək məbləğdə vəsait lazımdır".

"Yüksək dağlıq yerlərdə qalaların bərpası və inkişafı üçün öncə oraya qaz, işıq və yol çəkilməlidir ki, işçi qüvvəsi orada qalıb restavrasiya edə bilsin. Amma düşünürəm, elə abidələr var ki, onların əlçatmaz qalması daha gözəldir", — E. Aslanov bildirib. 

Ekspert qeyd edib ki, əlçatmaz və təhlükəli yollarda turistlərin başına gələ biləcək hadisələrə görə heç bir qurum məsuliyyət daşımır: "Yerli icra orqanları və turizm idarələri ekstrimli yollarla gedən turistləri, sadəcə məlumatlandırmağa borcludur. Məsələn, Şirvan parkında çoxlu sayda gürzələr var. Sadəcə, ora daxil olarkən insanlara xüsusi çəkmələr verilir, cığırdan çıxmamaq tövsiyyə olunur və özləri ilə zəhərə qarşı preparat götürürlər. Amma çığırdan çıxan və başına hadisə gələn turistin məsuliyyətini yalnız özü daşıyır".

"Tarixi abidələr, turizm bölgələrinə gedən yolların təhlükəli olmasına gəlincə, belə yerlərdə təhlükəli zonalar barədə yerli icra hakimiyyətləri və yerli turizm idarələri xüsusi nişanlar quraşdırmalıdır. Həmin nişanlar turistləri baş verə biləcək bədbəxt hadisələr barədə xəbərdar etməlidir", — deyə rektor müavini vurğulayıb.

Mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə dəfələrlə müraciət etsək də, ötən bir həftə ərzində sualımıza konkret bir cavab ala bilmədik.

Əlaqədar

"Yaşıl turizmi" necə stimullaşdırmalı?
Paytaxt sakinlərinə və turistlərə müjdə
Turist Milli Parkda gəzinti zamanı ürək tutmasından dünyasını dəyişib
"Azərbaycana gələn ərəb turistlərin sayı get-gedə artır"
Ramzan Kadırov turistləri Qafqaza çağırdı
Azərbaycan turizmi daha cəlbedicidir, yoxsa Gürcüstan?
Rus turistlərinin saqqızını oğurlamaq üçün nə etməli?
Teqlər:
Oqtay Bayramov, Xızı, "Azəravtoyol", Eldar Aslanov, istirahət, turizm, Fövqəladə Hallar Nazirliyi, turist, qəza, təhlükə

Əsas mövzular