03:28 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
2811

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik tərbiyəsi: sağlam ailə, sağlam həyat" mövzusunda konfrans keçirilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 may — Sputnik. Bu gün Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik tərbiyəsi: sağlam ailə, sağlam həyat" mövzusunda konfrans keçirilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, konfransı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Aydın Məmmədov "Gənclərin vətənpərvər ruhda tərbiyəsində Azərbaycançılıq məfkurəsi " mövzusunda geniş çıxış edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək "Azərbaycançılıq amili və milli mənəvi dəyərlərimiz" mövzusu haqqında konfrans iştirakçılarına məlumat verib. Sonra DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi İzzət Əsgərov "Narkomaniyanın zərərləri və müabrizə yolları" mövzusunda çıxış edərək narkomaniyanın fəsadları barədə geniş məlumat verib.

Daha sonra Lənkəran Dövlət Universitetinin pedaqoqika və psixologiya kafedrasının müdiri Afiq Əliyev "Gəncləri zərərli vərdişlərdən uzaq edək", AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı, Lənkəran rayonu Ləj kənd məscidinin axundu —İlahiyyatçı Samid Quliyev "İslamda vətən sevgisi, sağlam həyat və sağlam ailə", Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Taleh Məmmədli "Erkən nikah və onun fəsadları" mövzularında geniş məruzə ilə çıxış edərək konfrans iştirakçılarını məlumatlandırıblar.

Əlaqədar

Gürcüstanda fəaliyyəti qadağan edilən dini icmanın üzvləri Qaxda aşkarlandı
Azərbaycanda qeydiyyatdan keçmiş neçə dini icma var?
Xaricdə təhsil alanlara dini mərasimləri aparmaq qadağan ediləcək
"Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun I oxunuşdan keçib
Deputat nardaranlıların dini dövlətçiliyin fövqünə qoyduğuna inanmır
Teqlər:
Aydın Məmmədov, Qağayı Məmmədov, tərbiyə, vətənpərvərlik, Lənkəran

Əsas mövzular