CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Uzun müddətdir, İrandan Azərbaycana narkotik daşınır"

© Photo : APAQüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Qüdrət Həsənquliyev: "Təkcə narkotik istifadəçilərinə, onu yayanlara qarşı deyil, ümumiyyətlə bu sindikatlar, kartellərə qarşı mübarizə aparılmalıdır. Hansı ki, onlar narkotikləri bir ölkədən başqasına tonlarla daşıyır"

BAKI, 29 apr — Sputnik. "Dövlət Gömrük Komitəsi tərəfindən son bir ay ərzində 2 böyük partiya narkotik aşkarlanıb. "Qara bazar"da dəyəri təqribən 100 milyon dollardan artıq, çəkisi 1 tondan artıq olan narkotik maddə aşkarlanıb. Həmin narkotik Belçikaya göndərilirmiş, özü də kişmişin içərisində".

Narkotik qaçaqmalçıları - Sputnik Azərbaycan
HADİSƏ
Sərhəddə külli miqdarda narkotik ələ keçirildi

Sputnik xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib: "Təkcə narkotik istifadəçilərinə, yayanlara qarşı deyil, ümumiyyətlə bu sindikatlar, kartellərə qarşı mübarizə aparılmalıdır. Hansı ki, onlar narkotikləri bir ölkədən başqasına tonlarla daşıyır".

"Onlara qarşı effektli mübarizə təşkil olunmalıdır. Daxili İşlər Nazirliyi Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq etməlidir. Çalışmalıyıq ki, təkcə ölkəmizdə yox, həm də Azərbaycan dünyada narkotikaya qarşı mübarizədə öz töhfəsini vermiş olsun, BMT və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq yolu ilə", — Q. Həsənquliyev qeyd edib.

Onun sözlərinə görə, İranla da bu sahədə ciddi əməkdaşlıq təşkil olunmalıdır. "Uzun müddətdir ki, İrandan Azərbaycana narkotik daşınır", deyən millət vəkili Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun 2015-ci il üzrə illik hesabatını qənaətbəxş hesab edib.

Xəbər lenti
0