02:34 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
771341

İriçaplı silahlar işə düşən gündən uşaqları, qadınları və xəstələri kənddən çıxararaq başqa yaşayış məntəqələrində yerləşdiriblər. Bəziləri mal-qaralarını və ev quşlarını da aparıblar. Növbəti atəşkəs barədə xəbərlər yayılan kimi köç yendən kəndə qayıtmağa başlayıb.

Ayaz YAŞILYARPAQ, Sputnik Azərbaycan

BAKI, 6 apr — Sputnik. Dağlıq Qarabağ ətrafında milli münaqişə yaranan ilk vaxtdan Ağdam rayonu hadisələrin əsas mərkəzlərindən biri olub. Ermənistandan və Dağlıq Qarabağ Muxtar Vilayətindən çıxarılan azərbaycanlıların bir qismi əvvəlcə burada məskunlaşıb. Ötən 22 il ərzində rayonun Ağdam şəhəri də daxil, ərazisinin 77,4 %-i erməni hərbi birləşmələrinin nəzarətinə keçib.

© Sputnik / Ayaz Yaşılyarpaq, Kamilla Əliyeva
Mahrızlı kənd sakinləri təsadüf nəticəsində sağ qalıblar

Bu ilin aprelin 1-dən 2-sinə keçən gecə cəbhədboyu ərazilərdə başlanan qarşılıqlı aktiv hərbi əməliyyatlar nəticəsində Ağdamın Azərbaycanın nəzarətində olan kəndlərində hərbi qulluqçularla yanaşı, ictimai obyektlərə və mülki əhaliyə də zərər dəyib. Ağır atıcı silahların və uzaqvuran topların mərmiləri qəbiristanlığa, məktəbə, məscidə, ictimai və yaşayış binalarına, bağ sahələrinə düşüb.

"Təsadüf nəticəsində sağ qaldıq"

Yerli sakinlərin Sputnik-ə verdiyi məlumata görə, aprelin 4-ü axşam saatlarında Ağdamın azərbaycanlı icması yaşayan Mahrızlı kəndi iriçaplı silahlardan atəşə tutulub. Ölən və yaralanan olmasa da, qəbiristanlığa və xeyli sayda evə zərər dəyib.

"Təsadüf nəticəsində sağ qaldıq… Həyat yoldaşımla evdə oturmuşduq. Axşamüstü "Qrad"la kəndi atəşə tutdular. Gördük evdə otura bilmirik, həyətə düşəndə mərmilərin biri evimizin yataq otağını tutdu. Yaxşı ki, əvvəldən uşaqları başqa yerdə yerləşdirmişdik. Yoxsa ən azından yaralanmış olardılar", —deyir kənd sakini Elxan Əliyev.

Onun sözlərinə görə, həmin vaxt kənddə həyəcanlı anlar yaşanıb: "Hamı küçəyə axışmışdı. Kimi maşınla, kimi piyada başını götürüb qaçırdı. Qaça bilməyənlər ya zirzəmilərə girmişdi, ya da kəndin içində daldanacaq yer tapıb üzüqoylu uzanmışdı. Səhərədək yata bilmədik".

  • Mahrızlı kənd qəbiristanlığındakı dağılmış qəbirlər
    Mahrızlı kənd qəbiristanlığındakı dağılmış qəbirlər
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Kənd sakini Elxan Əliyevin mərmi atəşindən zədələnmiş evi
    Kənd sakini Elxan Əliyevin mərmi atəşindən zədələnmiş evi
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Atəş nəticəsində kənddəki evlərə ciddi zərər dəyib
    Atəş nəticəsində kənddəki evlərə ciddi zərər dəyib
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Pəncərə şüşəsinin qırıntıları
    Pəncərə şüşəsinin qırıntıları
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Həyətyanı sahə
    Həyətyanı sahə
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Kənd sakini Sərdar Qarayev deyir ki, erməni hərbçilərinin atdığı mərmilər əkin sahələrini də dağıdıb
    Kənd sakini Sərdar Qarayev deyir ki, erməni hərbçilərinin atdığı mərmilər əkin sahələrini də dağıdıb
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Mahrızlı kənd sakini Elxan Əliyev
    Mahrızlı kənd sakini Elxan Əliyev
    © Sputnik / Ayaz Yashilyarpaq
1 / 7
© Sputnik / Ayaz Yashilyarpaq
Mahrızlı kənd qəbiristanlığındakı dağılmış qəbirlər

Mahrızlının başqa bir sakini Sərdar Qarayev deyir ki, erməni hərbçiləri "şahmatvari" şəkildə kəndin başına mərmi töküb: "Kəndin yuxarı hissəsindən — qəbiristanlıqdan başladılar döşəməyə, ta əkin sahələrimizədək davam etdilər. Sonra qonşu kəndləri vurdular. Mahrızlı və Zəngişalı kəndlərinə ümumilikdə 100-dək "snaryad" düşüb. Mənim həyətimə düşməyib, amma yeznəmin evi zədələnib".

"Qrad" mərmisi eksponat kimi muzeyə təqdim olunub

Ağdam rayonunun Mahrızlı kəndindəki el qəbiristanlığına düşən mərmi bir neçə qəbirüstü daşı aşırıb və ya zədələyib. Kənddəki "Döyüş şöhrəti" muzeyinin gözətçisi olan Elxan Mirzəliyev deyir ki, qəbiristanlıqdan tapdığı mərminin bir parçasını eksponat kimi saxlanılması üçün muzeyə aparıb.

"Mən Xocalı köçkünüyəm. Doğulan gündən bu müharibə bizi təqib edir. Səhər qəbiristanlıqdakı o mərmini görən kimi, ağlıma ilk gələn onu muzeyə təqdim etmək oldu. Ötən günlərdə yaşanan həyəcanı biz gələcəyə başqa cür daşıya bilməyəcəyik. Amma bu kiçik mərmi parçası baş verənlərin unudulmasına imkan verməyəcək", —deyir gözətçi.

Mahrızlı sakinləri həmçinin onu da qeyd ediblər ki, iriçaplı silahlar işə düşən gündən uşaqları, qadınları və xəstələri kənddən çıxararaq başqa yaşayış məntəqələrində yerləşdiriblər. Bəziləri mal-qaralarını və ev quşlarını da aparıb. Növbəti atəşkəs barədə xəbərlər yayılan kimi köç yendən kəndə qayıtmağa başlayıb…

Əlaqədar

Azərbaycanın Tərtər rayonunda dinc sakinlərin yaralanmasının təfərrüatları
Əcnəbi jurnalistlər Azərbaycanın cəbhə bölgəsinə yolandılar
"Tariximizin yeni mübarizə səhifələri yazılır"
Həlak olan hərbi qulluqçularımızın adları
Kənd sakini: xoşbəxtlikdən heç kim xəsarət almayıb
Ermənilərdən növbəti təxribat: əslində bu dəhşətli silah kimə məxsusdur?
Teqlər:
Mahrızlı, müharibə, Ağdam, Dağlıq Qarabağ, cəbhə bölgəsi, döyüş, cəbhə, silah

Əsas mövzular