15:47 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
Azərbaycan Respublikası Milli Məclisinin binası

Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat qəbul olunub

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
16 0 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

BAKI, 15 mart — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

Sputnik xəbər verir ki, hesabat baş nazir Artur Rasizadə tərəfindən təqdim edilib.

İclasda həmçinin "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinə üçüncü oxunuşda, "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılıb. Hər iki qanun layihəsi barədə millət vəkili Ziyad Səmədzadə məlumat verib. 

Müzakirələrdən sonra hər iki layihə səsə qoyularaq qəbul edilib. 

Əsas mövzular