13:44 17 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Bu tip təmtəraqlı qəbirlər bir növ dəbə çevrilib və böyük məbləğdə xərc tələb edir

Azərbaycanda qeyri-adi qəbiristanlıq: burada ölülər dəfn edilmir

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
597172

Sərdabələrdə cənazə yeraltı otaqlara qoyulur. Otağın kiçik qapısı sal daşla, yaxud da hörülərək bağlanır. Bəzən sərdabəyə bir neçə meyit yerləşdirilir.

İlham MUSTAFA, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə və şəhərətrafı bir sıra qəbirsanlıqlarda ilginc mənzərə hökm sürür. Belə ki, həmin qəbiristanlıqlarda təmtəraqlı qəbirüstü abidələr — sərdabələr mövcuddur.

İslamla əlaqəsi olmayan və tarixi daha qədimlərə gedib çıxan sərdabələrdə cənazə yeraltı otaqlara qoyulur və beləcə çürüməyə buraxılır. Otağın kiçik qapısı isə sal daşla, yaxud da hörülərək bağlanır.

Bəzən sərdabəyə bir neçə meyit yerləşdirilir. Onlar əsasən ailə üzvləri və ya yaxın qohumların cənazələri olur. Bəzi məlumatlara görə isə, sərdabədə sandıq formasında yer düzəldilir. Daha əvvəl ölən şəxsin sümükləri yığılaraq sandığa qoyulur. Beləliklə sərdabədə əlavə boş yer yaradılır.

Bir ailədən az zaman fərqi ilə dünyasını dəyişən olarkən sərdabənin qapısı yenidən açılmalı olur. Bu zaman isə ətrafa yayılan qoxu və mikrob kütləsi təsəvvürə gəlməyəcək dərəcədə dəhşətli olur.

Bəs İranda da mövcud olan və İslamla əlaqəsi olmayan dəfn adətinin Gəncədə günümüzədək gəlməsi nə ilə əlaqədardır? İlk olaraq bu tip dəfn üsulunun dinimizə necə gəlməsini araşdırdıq. Araşdırmamızdan məlum oldu ki, sərdabənin İslam dininə daxil olması vəfat edən şəxsin meyitini müvəqqəti saxlamaq məqsədi daşıyıb.

Yəni, ziyarətə gedən zəvvar ölərkən cənazəsi sərdabəyə qoyulub. Sonradan onun qohumları, övladları istədikləri təqdirdə dünyasını dəyişənin sümüklərini apararaq öz vətənində dəfn ediblər.

Xalq arasında "İmam Hüseyn şəhəri" adlanan Gəncədə beşinci imam Məhəmməd Baqirin oğlu Mövlanə İbrahim dəfn olunub. Onun dəfn olunduğu İmamzadə türbəsini hər il minlərlə insan ziyarətə gəlir. Bu amil Gəncə sərdabələrinin yaranma səbəblərinə aydınlıq gətirir.

  • Dünyasını dəyişənin yaxınları dəfn üçün müraciət edərkən, onlardan cənazənin sərdabədə, yoxsa İslam qaydası ilə dəfn olunacağı soruşulur
    Dünyasını dəyişənin yaxınları dəfn üçün müraciət edərkən, onlardan cənazənin sərdabədə, yoxsa İslam qaydası ilə dəfn olunacağı soruşulur
    © Sputnik / İlham Mustafa
  • Sərdabənin İslam dininə daxil olması vəfat edən şəxsin meyitini müvəqqəti saxlamaq məqsədi daşıyıb
    Sərdabənin İslam dininə daxil olması vəfat edən şəxsin meyitini müvəqqəti saxlamaq məqsədi daşıyıb
    © Sputnik / İlham Mustafa
  • Yerli din xadimləri bildirirlər ki, dəfn mərasimləri hazırda İslam adətlərinə uyğun həyata keçirilir
    Yerli din xadimləri bildirirlər ki, dəfn mərasimləri hazırda İslam adətlərinə uyğun həyata keçirilir
    © Sputnik / İlham Mustafa
  • Hacı İlham: Anlamaq lazımdır ki, İslam dininə görə müsəlmanın qəbri itməlidir
    Hacı İlham: Anlamaq lazımdır ki, İslam dininə görə müsəlmanın qəbri itməlidir
    © Sputnik / İlham Mustafa
  • Bu tip təmtəraqlı qəbirlər bir növ dəbə çevrilib və böyük məbləğdə xərc tələb edir
    Bu tip təmtəraqlı qəbirlər bir növ dəbə çevrilib və böyük məbləğdə xərc tələb edir
    © Sputnik / İlham Mustafa
  • İslam alımlərinin fikrincə, belə təmtəraqlı sərdabələrə çəkilən xərci xeyriyyə işlərinə yönəltmək daha doğru və savab əməl olardı
    İslam alımlərinin fikrincə, belə təmtəraqlı sərdabələrə çəkilən xərci xeyriyyə işlərinə yönəltmək daha doğru və savab əməl olardı
    © Sputnik / İlham Mustafa
  • Bəzən də cəmiyyətin qınağından qorxaraq valideynlərimizə və ya yaxınlarımıza bu cür qəbirlər düzəldirik
    Bəzən də cəmiyyətin qınağından qorxaraq valideynlərimizə və ya yaxınlarımıza bu cür qəbirlər düzəldirik
    © Sputnik / İlham Mustafa
1 / 7
© Sputnik / İlham Mustafa
Dünyasını dəyişənin yaxınları dəfn üçün müraciət edərkən, onlardan cənazənin sərdabədə, yoxsa İslam qaydası ilə dəfn olunacağı soruşulur

Zaman keçdikcə İmamzadə türbəsi ətrafında olan sərdabə tipli qəbirlər ətraf qəbirsanlıqlarda da salınıb. Tədricən — xüsusilə Sovetlər dövründə dəfn adətləri yuxarıda söylədiyimiz formalara keçərək dəyişib.

Gəncədə görüşdüyümüz yerli din xadimləri isə bu adətlərin artıq geridə qaldığını və hazırda İslam adətlərinə uyğun həyata keçirildiyi bildirdilər. Məsələ ilə bağlı İmamzada ziyarətgah kompleksinin axund müavini Hacı İlham Abbasovla söhbətləşdik. Hacı İlham artıq 15 ilə yaxındır, ruhanilərin bu məsələ ilə məşğul olduqlarını, hazırda sərdabələrin 90 faizdən çoxunda qazıntı işlərinin aparıldığını və meyitlərin çıxarılaraq normal qaydada basırıldığını bildirdi.

Öyrəndik ki, hazırda bu istiqamətdə xüsusi şərtlər qoyulub. Belə ki, dünyasını dəyişənin yaxınları dəfn üçün müraciət edərkən, onlardan cənazənin sərdabədə, yoxsa İslam qaydası ilə dəfn olunacağı soruşulur. Əgər meyit sahibi "sərdabədə" cavabını verərsə, o zaman ondan sərdabədə qəbir qazılması tələb edilir. Əks təqdirdə dəfnə izn verilmir və həmin yas mərasimində din xadimi iştirak etmir.

"Get-gedə insanlarımız dini baxımdan maariflənir və qeyri-islami adətlərdən çəkinirlər. Anlamaq lazımdır ki, İslam dininə görə müsəlmanın qəbri itməlidir", —deyir Hacı İlham…

Əlaqədar

Paytaxtda qəbiristanlıq təlaşı: "Kim razı olar ki, atasının qəbrini söksünlər?!"
Danimarkada müsəlman qəbirstanlığına hücum olub
Qəbiristanlıqda yaşayan ailə öz yeni evində!
Teqlər:
sərdabə, adət-ənənə, qəbir, Gəncə, qəbiristanlıq, İslam, meyit

Əsas mövzular