13:40 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
İçəri Şəhər

Sputnik "Küləklər şəhərinə ekskursiya" adlı layihəyə başlayır

Sputnik/Мурад Оруджев
CƏMİYYƏT
Qısa URL
30 0 0

Yaxın vaxtlarda oxucularımızı layihə çərçivəsində Qala qəsəbəsində tarixi qalaya, Suraxanıdakı atəşpərəstlər məbədinə və Qobustan qoruğuna səyahətlər gözləyir

BAKI, 22 fev — Sputnik. Sputnik Azərbaycan informasiya agentliyi və radiosu həftəlik "Küləklər şəhərinə ekskursiya" layihəsinə start verir. Layihədə ölkənin tanınmış diyarşünas və peşəkar bələdçiləri hekayə, video və fotolent formatlarında Bakının tarixi mərkəzindən və ətraf qəsəbələrindən söz açırlar.

Şəhərimiz haqqında hekayələr paytaxtın ən qədim məhəlləsi olan İçəri Şəhərdən başlayır. Qala divarları arxasındakı məhəllə ilə gəzintidə bələdçiliyi, paytaxtımız haqqında populyar telelayihələrin müəllifi və aparıcısı Rahib Azəri edir.

"Azərbaycan qədim, zəngin tarixi və mədəniyyəti olan bir ölkədir. Sputnik Azərbaycan-ın paytaxtımızın gözəlliyini və zəngin irsini multimedia formatlarından istifadə etməklə, müasir tərzdə göstərmək niyyəti çox təqdirəlayiqdir", — deyə məşhur teleaparıcı qeyd edib.

Yaxın vaxtlarda oxucularımızı layihə çərçivəsində Qala qəsəbəsində tarixi qalaya, Suraxanıdakı atəşpərəstlər məbədinə və Qobustan qoruğuna səyahətlər gözləyir.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimedia bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Əlaqədar

Sputnik dünyanın aparıcı məlumat mənbələri siyahısına daxil edilib
Sputnik-in sorğusuna oxuculardan pessimist cavablar
Sputnik mətbuat mərkəzində Elxan Şahinoğlunun mətbuat konfransı olacaq
Sputnik dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edir
Dmitri Roqozinin köməkçisi Sputnik-ə danışdı
Teqlər:
küləklər şəhəri, İçəri Şəhər, Sputnik, Bakı

Əsas mövzular