07:30 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
37801

Maliyyə naziri: "Nəyə görə kiməsə güzəşt etməliyik? Bu gün birinə güzəşt etsək, sabah başqası durub deyəcək ki, mənə də güzəşt olunsun"

BAKI, 28 yan — Sputnik. "Dollar krediti ilə bağlı nəyə görə kiməsə güzəşt edilməlidir?". Sputnik xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov, "Qafqazinfo" əməkdaşının "Hökumət 5000 dollara qədər olan kreditlərə güzəşt edə bilərmi?" sualına cavab verərkən deyib.

Nazir bildirib ki, bu güzəşt bir qrupa edilsə, sabah başqa qrup da deyəcək onlara da güzəşt olunsun: "Bizdə olan məlumata görə, kredit götürənlər gözləmə mövqeyindədir ki, güzəşt olacaq. Buna görə ödəmir".

"Digər tərəfdən hər bir kəs kredit götürərkən hansı valyutada götürdüyünü bilirdi", —deyə nazir vurğulayıb.

S. Şərifovun sözlərinə görə, banklar xeyriyyə təşkilatı deyil: "Onlar bir tərəfdən kredit verirsə, digər tərəfdən sizdən əmanət alır. Dövlət kompensasiya məsələsində əhaliyə sosial yardımlar verir. Həm də qeyd olunan məbləğ çox böyükdür. Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər".

Əlaqədar

Hər bir azərbaycanlı daha 444 dollar borca girəcək
Ölkədə dollar azaldıqca digər bəlalar artacaq
Manat dollara qarşı möhkəmlənib
Elman Rüstəmov: 5000 dollara qədər krediti olanlara güzəşt edilə bilər
Dollar kreditləri ilə bağlı yeni qərar veriləcək
Teqlər:
Samir Şərifov, kredit, manat, dollar

Əsas mövzular