01:32 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
35 0 0

Əsərdə isbat edilir ki, hüquq elmi yalnız cəzanın formal tərifini verə bilər, bundan artığına qadir deyil. Bu fenomenin mahiyyəti haqqında mücərrəd mühakimə onun əxlaqına müdaxiləyə cəhd etmək, fəlsəfi fikrin hazırladığı kateqoriyalara daxil etmək imkanı verir.

BAKI, 14 yan — Sputnik. Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun "Юридический центр" nəşriyyatı tərəfindən rus dilində yeni kitabı çapdan çıxıb. Sputnik-in məlumatına görə, "О нравственности наказания" ("Cəzanın əxlaqı haqqında") adlanan bu monoqrafiya cəzanın fəlsəfi mahiyyəti haqqında müəllifin əvvəllər "Cinayət və cəza" (M., 2012), "Cinayət və cəzanın fəlsəfəsi" (СПб, 2013) kitablarında ifadə edilmiş düşüncələrinin davamıdır.

İ.Rəhimov. Cəzanın əxlaqı haqqında
şəxsi arxivindən
İ.Rəhimov. Cəzanın əxlaqı haqqında

Əsərdə isbat edilir ki, hüquq elmi yalnız cəzanın formal tərifini verə bilər, bundan artığına qadir deyil. Bu fenomenin mahiyyəti haqqında mücərrəd mühakimə onun əxlaqına müdaxiləyə cəhd etmək, fəlsəfi fikrin hazırladığı kateqoriyalara daxil etmək imkanı verir. Xüsusən əgər söhbət ölüm cəzasından gedirsə, cəza əxlaqidirmi? Cəza qisas, qorxutma, psixoloji təsirdirmi? Cəzalandırma əxlaqının əsası nədir? Cəmiyyət cəza yolu ilə qarşısına qoyduğu məqsədlərə çatırmı? Müasir şəraitdə cəzadan imtina etmək mümkündürmü? Bu maraqlı əsərdə professor İ.M.Rəhimovun cavab verməyə çalışdığı sualların tam olmayan siyahısı belədir.

Kitab tələbələr, hüquq ali məktəblərinin aspirant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçi və praktiklər, eləcə də filosoflar, sosioloqlar, psixoloqlar, cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Əlaqədar

Putinin Bakıdakı qrup yoldaşı: "Təbrikləri mənə hörmət edənlərdən gözləyirəm"
Putin İlham Rəhimovun şəriki olduğu mərkəzin açılışında iştirak edib
Teqlər:
çap, İlham Rəhimov, kitab, professor

Əsas mövzular