15:39 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
192522

Bakıda şadlıq saraylarında qiymətlər "ərşə qalxıb", menyudakı qiymətlər bahalaşıb, indiyədək ümumi xərclərə daxil olan xidmətlərə əlavə ödəniş tələb olunur və öncədən verilən behlər risk altına düşüb

BAKI, 13 yan — Sputnik. Manatın dollar qarşısında kəskin ucuzlaşması hər sahəyə olduğu kimi, şadlıq saraylarının qiymətinə də təsir edib. Sputnik əməkdaşının apardığı kiçik araşdırma bunu deməyə əsas verir. Belə ki, restoranların menyularındakı qiymətlərdə ciddi artım müşahidə olunur.

Şadlıq evi
Sputnik/Fuad Həsənov
Şadlıq evi

Misal üçün, metronun "İnşaatçılar" stansiyası yaxınlığında fəaliyyət göstərən "İdeal Şadlıq Sarayı"nda 1 ay öncəki menyu qiyməti ilə indiki qiymət arasında 15-20 manata yaxın fərq var. Bunu sözügedən şadlıq evinin administratoru Vüsal Qəhrəmanov deyib. Onun sözlərinə görə, dekabrın 21-dən əvvəl, yəni devalvasiya olmadan öncə minimum qiymət, stul başına 25 manat təyin edilmişdi. Lakin manat dəyərsizləşdiyi üçün indi bu qiymət 40 manat olub.

"Hazırda menyularımız 40-70 manat arasıdır. Manat öldükcə dəyərin qalxacağını istisna etmirəm" —deyə Vüsal Qəhrəmanov bildirib.

Qəhrəmanov toya hazırlaşanlara bir məsləhət də verib: "2-3 ay öncədən gedib heç bir şadlıq evinə beh verməyin. Çünki sabah pulun dəyərinin necə olacağına heç kim qarant durmur. Bugünkü qiymətlərlə 2 ay sonrakı qiymətlər tamam fərqli ola bilər. Onsuz da şəhərdə şadlıq evləri çoxdur, toya 4-5 gün qalmış da gedib yer tapmaq olur. Aylar öncə beh verməyə ehtiyac yoxdur".

Daşqın Əbdüləzimov
şəxsi arxivindən
Daşqın Əbdüləzimov

"İdeal Şadlıq Sarayı"nın administratoru hazırda özlərinin də heç kimdən 2-3 ay sonra olacaq toy üçün beh qəbul etmədiklərini bildirib.

Digər şadlıq evlərində də analoji vəziyyət hökm sürür. Bura "Kral", "Badi Səba", "Ağ Çiçəyim" və s.-ləri misal çəkmək olar.

Bundan başqa, administratoru olduğu şadlıq evinin adının çəkilməsini istəməyən Daşqın Əbdüləzimov, toy sifariş edənlərin sayında kəskin azalma müşahidə olunduğunu söyləyib. O, vəziyyət belə davam edərsə, şadlıq saraylarının bir-bir kafelərə çevriləcəyini, ən pis halda bağlanacağını qeyd edib.

"Proses buna gedir. Qiymətlərin qalxması əhaliyə sərf etmir və buna görə toyların sayı azalıb. Bu qiymət artımı şadlıq sarayının da istəyərək atdığı addım deyil, məcburiyyətdən doğur", —deyə D.Əbdüləzimov bildirdi.

Paytaxtda bir çox şadlıq sarayları da var ki, qiymətləri dəyişdirmək əvəzinə menyuya daxil olan əlavə xidmətləri çıxarırlar. Bu da istər-istəməz müştəriləri ciddi narahat edir. Artıq xeyli sayda restoranlar gəlin maşını, video çəkiliş, bəzək və dizayn işləri, canlı musiqi və s. kimi xidmətləri əlavə xərc kimi təqdim edirlər.

Əlaqədar

Gəmidə keçirilən toy faciə ilə bitdi
Orucluq vaxtı toy və yas mərasimləri necə keçirilməlidir?
Toy müğənniləri, şou-biznes ulduzları ailələrə nə verə bilərlər?!
Devalvasiya toy, nişan, ad günlərindəki izafi xərclərə təsir etməyib
Teqlər:
menyu, manat, devalvasiya, risk, xərc, evlilik, toy, şadlıq sarayları

Əsas mövzular