18:33 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
14110

Sürücülər ikinci devalvasiyadan sonra benzinin keyfiyyətinin aşağı düşdüyünü və kəmiyyətinin azaldığını bildirir, "zapravkalar" isə iddiaları təkzib edirlər.

BAKI, 11 yan — Sputnik. "Yanacaqdoldurma məntəqələrindən aldığımız benzinin keyfiyyəti aşağıdır. Həmçinin, kəmiyyətdə də bizi aldadırlar".

Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Alik Daşdiyev Sputnik-in əməkdaşı ilə söhbətində belə deyir. Onun bildirdiyinə görə, sonuncu devalvasiyadan sonra aldığı benzinin keyfiyyəti və həcmində problem var.

"Mən işimlə bağlı hər gün maşınıma yanacaq alıram. Son bir aya yaxındır ki, benzin çox tez qurtarır. Necə ola bilər ki, bir ay öncə 5 manata aldığım benzinlə 2 dəfə metronun "Memar Əcəmi" stansiyasından "Sahil" stansiyası tərəfə gedib-gələ bilirdim, indi isə ancaq bir dəfəyə benzin çatır. Cavabdeh şəxslərin bu işləri ciddi araşdırmasını xahiş edirəm", —deyir A.Daşdiyev.

Məsələni yerində araşdırmaq üçün şəhərin bir neçə yanacaqdoldurma məntəqəsinə yaxınlaşdıq. Problemin nədən qaynaqlandığını soruşduqda sadəcə bir cavab aldıq: "Sürücülər yalan danışır". Yanacaqdoldurma məntəqələrinin operatorları hamısı bir ağızdan, benzində aldadılmanın qeyri-mümkün olduğunu dedilər.

Buna baxmayaraq, şəhərdə yaxınlaşdığımız bütün sürücülər, əsasən də özəl yanacaqdoldurma məntəqələrində ciddi qanun pozuntuları olduğunu bildirdilər.

"Məsləhət görərdim ki, benzini ciddi, dövlətə bağlı yanacaqdoldurma müəssisələrindən alsınlar. Çünki nə qədər olmasa, dövlətindir. Aldatma ehtimalı, özəllərə baxanda azdır" —deyə sürücü Rza Əliyev bildirib.

Əlaqədar

Yanacaqdoldurma məntəqəsindəki partlayışda 100-dən çox adam ölüb
Yanacaqdoldurma məntəqəsinə basqın edildi, kassadakı pul aparıldı
Hövsanda yanacaqdoldurma məntəqəsində insident: polis xəsarət aldı
Teqlər:
taksi, benzin, zapravka, yanacaq, yanacaqdoldurma məntəqəsi münaqişə, sürücü

Əsas mövzular