CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda xırda marketlər çökür

© И. Зенин/РИА НовостиAlkoqol
Alkoqol - Sputnik Azərbaycan
Abunə olmaq
Sahibkar: "İçkilərin satışına qadağa qoyulması böyük supermarketlərin mənafeyini güdür və xırda marketləri sıradan çıxarmaq üçündür"

BAKI, 6 yan — Sputnik. "Hökumətin içki satışı ilə bağlı verdiyi qərar məhəlli və xırda marketləri sıradan çıxarmaq üçündür". Bunu Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının çıxışında fəaliyyət göstərən marketin sahibi Elnur Məmmədov Sputnik-ə açıqlamasında bildirdi.

"Mənim imkanım yoxdur ki, hər içki növünə ayrı hesab açdıraraq, satışından vergi ödəyim. Axı belə qərara nə ehtiyac var idi? Əgər bunu iri marketlərin gəlirlərini daha da artırmaq üçün edirlərsə, onsuz da onların gəliri qat-qat bizdən çoxdur", —deyə o qeyd etdi.

Smoking Ban, Gare du Nord Station, Paris. - Sputnik Azərbaycan
Siqaret çəkib, içki içənlərin nəzərinə!

Mağaza sahibi hesab edir ki, bu qərarın arxasında inhisarçılıq dayanır: "Bu özü monopoliya deməkdir, sadəcə olaraq qanunla üstünü ört-basdır edirlər. Bu addım böyük supermarketlərin mənafeyini güdür və həmin o marketlərin iri məmur təbəqəsinə aid olduğunu hamı bilir".

Elnur Məmmədov ancaq alkoqolsuz pivə satışına icazə verildiyini deyir: "Qalan növ içki satmaq üçün gərək ayrıca hesab açıb, satışından vergi ödəyəsən. Buna da bizim gücümüz çatmaz".

Bir çox paytaxt sakinləri də içki satışı ilə bağlı hökumətin qərarını narazılıqla qarşılayırlar. Vətəndaş Eyvaz Aslanov Sputnik əməkdaşı ilə söhbətində öz şikayətini belə dilə gətirib: "Düşünürəm ki, qərarın arxasında iri məmur sifarişləri dayanır. Aydın məsələdir ki, xırda sahibkarlar hər içkiyə görə ayrıca hesab açıb sata bilməzlər. Çünki imkanları çatmaz. Amma böyük supermarketlərin buna gücü çatır. Yəqin nə demək istədiyimi başa düşdünüz".

© Fuad Hasanov / SputnikElnur Məmmədov, dükan sahibi
Elnur Məmmədov, dükan sahibi - Sputnik Azərbaycan
Elnur Məmmədov, dükan sahibi

 

Digər bir vətəndaş isə bundan sonar içki ala bilmək üçün 2 km məsafə qət etməli olacağından narazıdır: "Bizim binanın yan-yörəsində iri supermarket yoxdur. Mən nə etməliyəm? Arağa görə 2 km yol getməliyəm?".

Qeyd edək ki, qəbul olunmuş yeni qərara əsasən, cari il yanvarın 1-dən etibarən Azərbaycanda spirtli içkilərin topdan və pərakəndə, tütün məhsullarının isə topdan alış-satışının nağd yolla aparılması qadağan edilib. Yalnız kart vasitəsilə bu alqı-satqını etmək mümkündür. Bu səbəbdən hazırda marketlərdə spirtli içkilərin satışı dayandırılıb. Pos-terminalsız spirtli içki satışının qadağan olunması bu cür məhsulların satışını məhdudlaşdırıb.

Xəbər lenti
0