05:30 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
106220

Baş ağrılarından xilas olmaq üçün sınanmış metodlar.

BAKI, 22 noy-Sputnik. Nə vaxtsa başı ağrımayan insan təsəvvür etmək çətindir. İnsanların çoxu baş ağrıları zamanı dərhal ağrıkəsici preparatlardan istifadəyə üstünlük verirlər. Bəzənsə bu heç kara da gəlmir. Amma adi baş ağrısını heç bir dərman preparatından iastifadə etmədən də aradan qaldırmaq mümkündür. 

Sputnik bu məsələdə sizə yardım etmək üçün sadə və sınanmış vasitələri təqdim edir:

1. 1 stəkan sərin su. Baş ağrısının yayılmış səbəblərindən biri orqanizmin susuzlaşmasıdır. Bu halda adi su sizi baş ağrısından xilas edə bilər.

2. Qida qəbulu. Aclıq baş ağrısının yayılmış səbəblərindən biridir. Aclıq zamanı qanda qlükozanın səviyyəsi düşür. Qlükoza beynimizin əsas qidasıdır. Qanda qlükozanın səviyyəsi düşdükdə buna ilk növbədə beyin reaksiya verir — insan əsəbi, yorğun olur, baş ağrısı əmələ gəlir.

Bu halda qida qəbulu sizi baş ağrısından xilas edəcək. Maqneziumla zəngin olan qidaları seçin — tünd yaşıl tərəvəzlər, paxlalı bitkilər, qoz-fındıq. Maqnezium baş ağrılarının azalmasına çox yaxşı kömək edir.

3. Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.

4. Yuxu baş ağrısı zamanı ən sınanmış vasitələrdən biridir.

5. Nanə dəmləməsi. Bu çox güclü spazmolitik və ağrısızlaşdıran vasitədir. 1 xörək qaşığı təzə nanə yarpaqları 1 fincan qaynar suda dəmləyin və kiçik qurtumlarla için.

6. Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran təsirə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.

7. Aromatik yağlar (rozmarin, lavanda, nanə) baş ağrısını azaldır. Barmaqlarınızın uclarına bu yağlardan birinin bir neçə damcısını tökün, massaj hərəkətlərlə gicqahlara sürtün və sonra bir qədər uzanın.

8. Xardal kağızı baş ağrısı ilə mübarizə etməyə kömək edir. Baş ağrıları zamanı xardal kağızları ilıq suda isladın və boynun arxa hissəsinə qoyun.

9. Baş massajı. Baş ağrısı zamanı başınızı barmaqların ucları ilə yüngül massaj edin.

10. Əgər baş ağrısı nəbz kimi vurursa, gicgahlarınıza buz qoyun.

Teqlər:
lavanda, rozmarin, sarıkök, darçın, zəncəfil, xardal, nanə, qəhvə, çay, preparat, Baş ağrısı, massaj, dərman, baş ağrısı

Əsas mövzular