22:48 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12201

Metronun “Gənclik” stansiyasının keçidinə su damması təmir işləri ilə əlaqədardır.

BAKI, 19 noy — Sputnik. Metronun “Gənclik” stansiyasının keçidinə su damması təmir işləri ilə əlaqədardır.

Bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, keçidin yuxarısındakı yolda aparılan təmir işləri suyun dammasına səbəb olub.

N.Paşayev qeyd edib ki, sözügedən məsələ qısa zamanda aradan qaldırılacaq: “Su stansiyanın içərisinə tökülmür. Keçidə yaxın yerdə yollarda olan bordyurlar dəyişdirilir. Buna görə yoldan keçidin içərisinə yağış yağanda su damıb. Məsələnin həll olunması üçün təmir işlərini aparan qurumlarla danışmışıq. Problem ən qısa zamanda aradan qaldırılacaq”.

Teqlər:
metro, Bakı metropoliteni QSC, Bakı Metropoliteni, Nəsimi Paşayev, Azərbaycan, Gənclik metrosu, Bakı

Əsas mövzular