22:45 13 Dekabr 2017
Canlı yayım
Metro loqo

Nəsimi Paşayev: Bakı metrosunda ixtisarlar yoxdur

sputnik.az
CƏMİYYƏT
Qısa URL
1811

Son günlərdə bəzi KİV-lərdə “Bakı Metropoliteni” QSC-də kütləvi ixtisarlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və bu yalandır.

BAKI, 12 noy — Sputnik. Son günlərdə bəzi KİV-lərdə “Bakı Metropoliteni” QSC-də kütləvi ixtisarlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və bu yalandır.

Bunu Sputnik-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, oktybar ayından etibarən “Bakı Metropoliteni” QSC Bakıkart sisteminə keçdiyindən xəzinədar ştatına ehtiyac qalmayıb və o ləğv edilib. 

“Artıq bütün prosesi aparat özü gördüyündən xəzinədar ştatına ehtiyac yoxdur. Məhz xəzinədar ştatının ləğvi nəticəsində 200-dən artıq xəzinədar işini itirib. Daha kimlərisə qəsdən işdən azad etməyiblər. Bununla belə ştatı ləğvi nəticəsində işlərini itirənlərin əksəriyyəti Metropolitendə başqa işlərlə təmin ediliblər”, — deyə Paşayev vurğuladı.

Paşayev əlavə etdi ki, onlardan 70 nəfərdən artığı Metropolitendə nəzarətçi işinə qəbul ediliblər: “Xəzinədar vəzifəsi ləğv edildikdən  nəzarətçi ştatı yaradıldı və test yolu ilə insanlar ora işə qəbul edildilər. Kİm daha yaxşı imtahan verdisə, o da işlə təmin olundu. Təqribən 70-dən artıq xəzinədar  yenidən nəzarətçi kimi işə götürüldü. Onlar kənarda qalmadı. Ona görə də Metropolitendə kütləvi ixtisarların getməsi ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil, yalan məlumatlardır.”

Qeyd edək ki, cari ilin oktyabrın 1-dən etibarən “Bakı Metropoliteni” QSC bütövlükdə Bakıkart sisteminə keçib. 

Əsas mövzular