CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Televiziya direktoru ölkədən qaçmaq istərkən yaxalandı

Səməd Sadıqov
Səməd Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə Azərbaycandan çıxmaq istəyərkən saxlanılan şəxsin televiziya direktoru olduğu açıqlanıb.

BAKI, 15 okt — Sputnik. Külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə Azərbaycandan çıxmaq istəyərkən saxlanılan şəxsin televiziya direktoru olduğu açıqlanıb.

Saxlanılan Səməd Sadıqov "CityTV" televiziyasının təsisçisi və direktorudur. O, həm də "Powerful" şirkətinin Azərbaycan üzrə marketinq direktoru vəzifəsində çalışır.

Xatırladaq ki, oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb. Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Xəbər lenti
0