20:53 13 Dekabr 2017
Canlı yayım
Daxili işlər nazirliyi

Sabah DİN-də geniş kollegiya iclası keçiriləcək

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
501

Sabah respublikanın bütün şəhər və rayonları üzrə idarə, şöbə və bölmə rəisləri nazirliyə toplaşacaq.

BAKI, 15 okt — Sputnik. Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçiriləcək.

APA-nın məlumatına görə, sabah respublikanın bütün şəhər və rayonları üzrə idarə, şöbə və bölmə rəisləri nazirliyə toplaşacaq.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyi ilə keçiriləcək kollegiya iclası cari ilin 9 ayənda cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Kollegiyada respublikada törədilən cinayət hadisələri, həmin cinayətlərin açılması və kriminogen durum müzakirə ediləcək.

Əsas mövzular