QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzuli Hava Limanından ilk uçuşun həyata keçiriləcəyi gün müəyyənləşdi

© Sputnik / Emin AlisahibFüzulidə hava limanının tikintisində son tamamlanma işləri
Füzulidə hava limanının tikintisində son tamamlanma işləri  - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Tikinti işlərinin vaxtında başa çatdırılması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb edilib. Aerovağzal binasının, perronun, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, radionaviqasiya və meteoroloji avadanlıqların tikintisi başa çatdırılır.
BAKI, 13 avqust — Sputnik. Sentyabr ayının 5-də Füzuli Hava Limanından ilk uçuş həyata keçiriləcək. Bunu Sputnik Azərbaycan-ın bölgə müxbirinə Azərbaycan Hava Yolları QSC-nin əməkdaşı Valeh Əmiraslanov deyib. Onun sözlərinə görə, hazırda sınaq uçuşunun həyata keçirilməsi üçün hazırlıq işləri yekunlaşmaq üzrədir.
Minalardan təmizlənmiş ərazilərdə uçuş-enmə zolağına asfalt örtüyü çəkilir. Artıq uzunluğu 3 kilometr, eni 60 metrə olan uçuş enmə zolağı tam istismara hazırdır.
"İstismara hazırlığın təmin olunması üçün xüsusi laboratoriya avadanlıqları ilə yoxlama həyata keçiriləcək. Bundan sonra uçuşların yerinə yetirilməsi məsələsi öz təsdiqini tapacaq. Hava gəmilərinin uçuşunu və enməsinin təmin etmək üçün aeronaviqasiya avadanlıqları 100 faiz quraşdırılıb, sazlama işləri həyata keçirilir", - deyə Əmiraslanov bildirib.
Tikinti işlərinin vaxtında başa çatdırılması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb edilib.
Yeni hava limanının inşası, aerovağzal binasının, uçuş-enmə zolağının, perronun, yönəldici yolun, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, radionaviqasiya və meteoroloji avadanlıqların, transformator yarımstansiyalarının, köməkçi binaların, qurğular və xarici mühəndis kommunikasiyalarının tikintisi başa çatdırılır. İşin təşkili maksimum sürətlə davam etdirilir.
Qurumun rəsmisi bildirib ki, hətta gecə saatlarında uçuşların təmin olunması məqsədilə işıq siqnal sistemi adlanan avadanlıqların da artıq 90 faizi quraşdırılıb.
© Sputnik / Emin AlisahibAzərbaycan Hava Yolları QSC-nin əməkdaşı Valeh Əmiraslanov
Füzulidə hava limanının tikintisində son tamamlanma işləri  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Azərbaycan Hava Yolları QSC-nin əməkdaşı Valeh Əmiraslanov
"Hər iki kurs üzrə lampalar montaj olunaraq, yoxlanılıb. Hazırda işlər hava gəmisinin dayanması üçün perronun ətrafında aparılır. Perron 8 ədəd hava gəmisinin dayanması üçün nəzərdə tutulub. Hazırda perronda asfaltlama işləri davam etdirilir. Yaxın bir həftə, 10 gün ərzində bu işlərin tam olaraq yekunlaşdırılması planlaşdırılır", - deyə Azərbaycan Hava Yollarının əməkdaşı bildirib.
Onun sözlərinə görə, hazırda paralel olaraq qüllədə işlər tamamlanmaq üzrədir. Siqnalzasiya, elektrik, zəif axın sistemləri yoxlanılır. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə su anbarları inşa olunur. İnzibati və yardımçı binaların daxilində işlər aparılır. Hava limanına gələn və gedən qonaqlar üçün hər cür şərait yaradılır:
© Sputnik / Emin AlisahibFüzulidə hava limanının tikintisində son tamamlanma işləri
Füzulidə hava limanının tikintisində son tamamlanma işləri  - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Füzulidə hava limanının tikintisində son tamamlanma işləri
"Əlavə köməkçi binalar, gücü min kv olan transformator, qazanxana, nəzarət buraxılış məntəqəsi və bir də uçuşların idarə olunması üçün qüllədə işlər sürətlə davam etdirilir. Qüllənin 99 faizi hazırdır. Daxilində təmizlik işləri gedir. Həm daxili, həm də xarici yanğınsöndürmə məqsədilə 2 ədəd 250 kubmetrlik, bir ədəd 500 kubmetrlik su anbarları tikilir, nasosxananın tikintisi davam etdirilir".
Sentyabr ayında uçuş-enmə zolağı, perron, sükan yolu 100 % tamamlanacaq və hava limanı ilk təyyarəni qəbul edəcək. İlkin uçuşun sentyabrın 5-də həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Füzuli hava limanının tikintisinə bu ilin yanvar ayının 14-dən başlanılıb. Füzuli Hava Limanında sınaq uçuşunun sentyabrın 5-də həyata keçiriləcəyi planlaşdırılır. Yeni hava limanı tikildikdən sonra Bakıdan Füzuliyə təxminən 45 dəqiqəyə təyyarə ilə çatmaq mümkün olacaq.
Həmçinin oxuyun:
Bu ay Ağdama ilk turist səfəri təşkil ediləcək
Zəfər yolu nə vaxt hazır olacaq? - Hidayət Rüstəmov görülən işlərdən danışır
Xəbər lenti
0