SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zakir Həsənov anbarların qışa hazırlığını yoxladı

© AR Ministry of DefenceAzad edilmiş ərazilərdə yeni anbarların qışa hazırlığı yoxlanılıb
Azad edilmiş ərazilərdə yeni anbarların qışa hazırlığı yoxlanılıb - Sputnik Azərbaycan, 1920, 07.08.2021
Abunə olmaq
Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış anbarlara baxış keçirib.
BAKI, 7 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq obyektlərin tikintisi davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış anbarlara baxış keçirib.
Əvvəlcə müdafiə naziri general-plokovnik Zakir Həsənova buradakı inzibati və texniki ərazilərdə mövcud tikililər və inkişaf planı haqqında məlumat verilib. Bildirilib ki, quru ərzaq məhsullarının və əşya əmlakının saxlanılması üçün tələb olunan qurğu və sistemlərlə təchiz edilmiş bir neçə anbar istifadəyə verilib.
Bundan başqa müdafiə nazirinə işğaldan azad edilmiş ərazilərimizdə ərzaq və əşya əmlakı anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daima yaxşılaşdırılması, eləcə də qışa hazırlıq işinin vaxtında yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
06.08.2021
Zakir Həsənov Kəlbəcər rayonunda tikilməkdə olan təlim poliqonuna baxış keçirib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlim poliqonu çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırlanır.
"Qoşunların hazırlıq planına əsasən poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək", - deyə məlumatda bildirilir.
1/3
2/3
3/3
1/3
2/3
3/3
Daha sonra məlumatda deyilir ki, nazir müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilən poliqonda görülən işlərlə maraqlanaraq müvafiq tapşırıqlar verib.
Eləcə də oxuyun:
Əlahiddə Ümumqoşun Orduda xüsusi təlimin detalları
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
Zakir Həsənov ordunun döyüşə hazırlıq səviyyəsini yoxladı
Xəbər lenti
0