QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya XİN nümayəndəsi Minsk qrupu həmsədrləri ilə Qarabağı müzakirə edib

© AFP 2023 / STRINGERАзербайджанский военнослужащий, фото из архива
Азербайджанский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Abunə olmaq
Rusiya XİN nümayəndəsi ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi ilə müzakirələr aparıb.

BAKI, 20 iyul - Sputnik. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi ilə bölgədəki vəziyyəti müzakirə edib.

"Görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalar nəzərə alınmaqla, Dağlıq Qarabağ nizamlanmasının aktual məsələləri müzakirə olunub", - Rusiya XİN-in məlumatında deyilir.

Ermənistan atəşkəsi dəfələrlə pozub

Müntəzəm olaraq iki ölkənin sərhədində insidentlər baş verir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra Ermənistan ordusunun bölmələri dəfələrlə Azərbaycanın sərhəd boyu yerləşən mövqelərini, eləcə də Qarabağdakı mövqelərimizi atəşə tutub.

Son günlər belə təxribatlar daha da intensivləşib. İyulun 19-u ərzində üç dəfə Naxçıvan ərazisi 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub, bir əsgərimiz yaralanıb.

Avropa İttifaqı sərhəddə baş verənlərdən narahatdır

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toyvo Klaar çərşənbə axşamı, iyulun 20-də Brüsselin Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahat olduğunu qeyd edib.

"Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir. Biz yeni itkilər qeydə alınmadan tərəfləri təmkinli olmağa, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq", - Klaar bildirib.

Xüsusi nümayəndə həmçinin Avropa İttifaqının tərəflərə kömək etməyə hazır olduğunu da qeyd edib.

Eləcə də oxuyun:

Xəbər lenti
0