Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Heç kəs Qarabağ münaqişəsinin yenidən inkişafında maraqlı deyil - Putin

© Sputnik / Mediabanka keçidВид на город Ханкенди, фото из архива
Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Rusiya lideri söyləyib ki, bütün vaxtı silahlı münaqişənin yenidən bərpası qorxusu ilə yaşamaq mümkünsüzdür. Biz bunu gözəl anlayırıq. Bunu həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi də anlayır.

BAKI, 30 iyun — Sputnik. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən rol oynadı. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya Dağlıq Qarabağın sakinlərinə təhlükəsizlik zəmanəti verə bilərmi?" sualını cavablandırarkən qeyd edib.

"Rusiya bu ciddi böhranın nizamlanmasında müəyyən rol oynadı. Heç kəs onun yenidən inkişaf etməsində maraqlı deyil. Nə Azərbaycan, nə Ermənistan. Çünki işin digər tərəfi bundan ibarətdir ki, əgər biz hamımız dinc və dost şəkildə yaşasaq, onda biz insanların həyatlarının yaxşılaşması üçün şərait yaradacağıq. Bu yalnız təhlükəsizlik şəraiti deyil, mən hazırkı şəraitdə ailələrin yaşamasını, iqtisadi, sosial inkişafı nəzərdə tuturam. Qarabağda yaşayan insanların buna ehtiyacı var. Çünki daim silahlı münaqişənin yenidən bərpası qorxusu ilə yaşamaq mümkünsüzdür. Biz bunu gözəl anlayırıq. Bunu həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi anlayır. Bəli, xeyli sayda problem yığılıb qalıb. Normal infrastrukturun yaradılması ilə bağlı suallar var. Sərhədlərin müəyyənləşməsi ilə bağlı suallar var", - deyə Putin qeyd edib.

Putin qeyd edib ki, Rusiya – Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli qrup yaradılıb: "Biz regionda normal münasibətlərin bərpası üçün hər şeyi edəcəyik. Bu işin benefesiarları isə şübhəsiz, Dağlıq Qarabağın sakinləri olmalıdır. Mən düşünmək istəyirəm ki, bu belə də olacaq. On illərdir yığılan problemlərə baxmayaraq".

Putin canlı yayımda vətəndaşların suallarını cavablandırır

Rusiya Prezidenti Valdimir Putin canlı yayımda bu ölkənin vətəndaşlarının suallarını cavablandırır. O, ölkədə COVID-19-la mübarizə ilə bağlı tədbirlər, vaksin, ABŞ və digər dövlətlərlə münasibətlər barədə insanları maraqlandıran suallara cavab verir.

Eləcə də oxuyun:

Xəbər lenti
0