BAKI, 24 may — Sputnik. "Şuşada ən vacib məsələ oradakı mədəni-tarixi abidələrimizin, ümumiyyətlə evlərin, infrastrukturun bərpasıdır. Sonra Azərbaycan vətəndaşlarının ora qayıtmasıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.
Nazirin sözlərinə görə, insanlar qayıdandan sonra orada adət-ənənələrimizin bərpa olunması nəzərdə tutulur: "Şuşanı ümumiyyətlə mədəniyyət paytaxtı olaraq turizm və mədəniyyət məkanına çevirməyi düşünürük. Təbii ki, gələcəkdə bizi orada çoxsaylı tədbirlər gözləyir".
Həmçinin oxuyun:
Şuşa şəhəri yeni status qazanacaq
Yeni qanun gəlir: Şuşaya kimsə təhlükə yarada bilməyəcək