QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nazir: "Şuşanı turizm və mədəniyyət məkanına çevirməyi düşünürük"

© Photo : REPORTTədbir
Tədbir - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
Anar Kərimov: "Şuşanı ümumiyyətlə mədəniyyət paytaxtı olaraq turizm və mədəniyyət məkanına çevirməyi düşünürük. Təbii ki, gələcəkdə bizi orada çoxsaylı tədbirlər gözləyir".

BAKI, 24 may — Sputnik. "Şuşada ən vacib məsələ oradakı mədəni-tarixi abidələrimizin, ümumiyyətlə evlərin, infrastrukturun bərpasıdır. Sonra Azərbaycan vətəndaşlarının ora qayıtmasıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazirin sözlərinə görə, insanlar qayıdandan sonra orada adət-ənənələrimizin bərpa olunması nəzərdə tutulur: "Şuşanı ümumiyyətlə mədəniyyət paytaxtı olaraq turizm və mədəniyyət məkanına çevirməyi düşünürük. Təbii ki, gələcəkdə bizi orada çoxsaylı tədbirlər gözləyir".

Həmçinin oxuyun:

Şuşa şəhəri yeni status qazanacaq

Yeni qanun gəlir: Şuşaya kimsə təhlükə yarada bilməyəcək

Xəbər lenti
0