03:32 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
QARABAĞ
Qısa URL
Müharibə adamları
1680

"Biz həmin qeyd edilən nömrəyə nə qədər zəng vursaq da zəng çatmadı. İndi də zəng vururuq, artıq nömrənin yandığı deyilir. O yazını qoruyub-saxlayacağıq".

BAKI, 22 may — Sputnik, Emin Əlisahib. Ağdam rayonunda bir məktəb var. Alıbəyli kənd orta məktəbindən danışacağıq sizə. 300-dən çox gənc Vətən müharibəsinə bu təhsil ocağından yola düşüb. Burada hərbi paltarları öz mülki geyimlərinə dəyişiblər. Onlardan cəmi 15 nəfəri bu ünvana qayıdıb, öz əşyalarını götürə bilib. Qalanları bu günə qədər burada saxlanılan geyimlərindən xəbərsizdir. Həmin təhsil ocağında saxlanılan əşyalardan, onların sahiblərinin kimliyindən Sputnik Azərbaycan xəbər verir.

© Sputnik / Emin Alisahib
Ağdamda 300 dən çox gəncin səxsi əşyaların saxlandığı yer

2020-ci ilin sentyabırın 27-də Vətən müharibəsi başladığı gündən Azərbaycanın bütün bölgələrindən Azərbaycan ordusuna qoşulub, erməni təcavüzkarlarına qarşı döyüşmək üçün cəbhəyə yollanan minlərlə gənc vardı. Həmin gənclərdən bir qrupu qoşunların təmas xətti boyunca yerləşən və şiddətli döyüşlər gedən Ağdam rayonuna yollanmışdı. Ağdam rayonunun Üçoğlan ərazi nümayəndəliyinin tabeliyində olan Alıbəyli kənd orta məktəbi həmin gənclərə bir neçə günlük olsa da ev sahibliyi etdi.

Məktəbdə qeydiyyata alınan gənclər təlimatlandırıldıqdan sonra hərbi forma və silahla təmin edilərək ön cəbhəyə yollanırdılar. Hərbi forma geyinib, silaha sarılan gənclər mülkü geyimlərini və özəl əşyalarını qablaşdıraraq, məktəbə təhvil veriblər. Lakin müharibə başa çatdıqdan sonra həmin gənclər əşyalarını almaq üçün geri qayıtmayıblar. Sinif otaqlarının birində gördüyünüz bağlamalar Vətən müharibəsi zamanı istər döyüşmək üçün Ağdama gələn gənclər, istərsə də səfərbərlik zamanı ehtiyatda olan hərbçilərə məxsusdur. Vətən müharibəsi başa çatdıqdan sonra həmin döyüşçülər əşyalarını almaq üçün geri qayıtmayıblar. Könüllülərin özəl əşyaları sahiblərinə qaytarılmağı üçün onları gözləyir. Məktəb rəhbərliyi həmin əşyaları qoruyub saxlayıb. Bağlamaların sahiblərini tapmaq o qədər də çətin deyil. Çünki bağlama sahiblərinin hər biri əşyasının üzərinə adını, soyadını və ünvanını yazıb: Abdullayev Elşən Dəriş oğlu – Ağdaş rayonu Rizkəkə kəndi; Hüseyinov Vaqif Famil oğlu – Şamaxı rayonu; İbrahimov Rövşən Dəyanət oğlu – Mingəçevir şəhəri; Novruzov Məhəmməd İlyas oğlu – Ucar rayonu və s.

© Sputnik / Emin Alisahib
Ağdamda 300 dən çox gəncin səxsi əşyaların saxlandığı yer

Məktəb rəhbəri İsgəndər Verdiyevi narahat edən məqamlardan biri də odur ki, bu əşyaların sahiblərindən şəhid olan varmı. Əgər varsa, şəhid ailələri bu ünvana müracət etsinlər, onların özəl əşyaları ailələrinə qaytarılsın, istər evlərində, istərsə də yaşadıqları kənd, rayon muzeylərində qorunub saxlanılsın: “Vətən müharibəsi başlayandan sonra orduya səfərbər olunan bizim döyüşçülərin şəxsi əşyalarıdır. Onlar mülkü əşyalarını burada qoyub, hərbi paltar geyərək, döyüş bölgəsinə yola düşüblər. O vaxtdan da bu əşyalar burada qalıb. Hələ də saxlayırıq. Yaxşı olar ki, əşyalar ya onların öz ailələrinə, sağ qalanların özünə təqdim edilsin. Sözsüz ki, bu əşyaların sahibləri arasında şəhid və yaxud qazi olanlar var. Sağ-salamat ailələrinə qayıdanlar da var”.

Müsahibimiz bildirir ki, məktəbdə 300-dən çox bağlama var. Və döyüş qurtarandan sonra bu ünvana gəlib, əşyalarını aparanlar da olub: “Bir neçəsi gəlib, öz əşyalarını apardı. Amma əksər hissəsi hələ də burada qalmaqdadır. Biz bunları qoruyub, saxlayacağıq da. Ta ki onun sahibləri gəlib aparana qədər”.

  • Ağdamda 300 dən çox gəncin səxsi əşyaların saxlandığı yer
    © Sputnik / Emin Alisahib
  • İsgəndər Verdiyev Alıbəyli kənd tam orta məktəbinin direktoru
    © Sputnik / Emin Alisahib
  • Ağdamda 300 dən çox gəncin səxsi əşyaların saxlandığı yer
    © Sputnik / Emin Alisahib
  • Azər Hüseyinov Alıbəyli kənd tam orta məktəbinin fiziki tərbiyyə müəllimi
    © Sputnik / Emin Alisahib
  • Ağdamda 300 dən çox gəncin səxsi əşyaların saxlandığı yer
    © Sputnik / Emin Alisahib
1 / 5
© Sputnik / Emin Alisahib
Ağdamda 300 dən çox gəncin səxsi əşyaların saxlandığı yer

Məktəbin müəllimi Azər Hüseynov deyir ki, məktəbin müəllimləri də bu məsələdə çox həssasdırlar və həmin qəhrəmanların əşyalarının qorunub- saxlanılmasını bilavasitə özlərinə vəzifə bilirlər: “Vətən müharibəsinin ilk günlərindən bizim ehtiyatda olan gənclərimiz çağırılaraq, buraya gəldilər. O ərəfədə biz həmin gənclərin burada paltarlarını dəyişib, döyüşə yollandıqlarının şahidiyik. Biz onların hər birinin necə qürur və həvəslə döyüşə can atdığını öz gözlərimizlə görmüşük”.

Azər Hüseynov kövrək bir məqama da toxunur. Deyir ki, ona ən çox təsir edən həmin gənclərdən birinin yazdığı son yazıdır:

“Müharibə qurtarandan sonra cəbhə xəttində olan məktəblər fəaliyyətə başladı. Bu zaman şagirdlərimiz bizim sinifdə bir yazının olduğunu bildirdilər. Gəlib, baxdıq. Bərdə rayonundan döyüşə qatılan Rahib adlı bir gənc qəribə bir şəkil çəkib, adını, telefon nömrəsini, yaşadığı rayonunun adını qeyd edib, “döyüşə gedirəm, silməyin, xatirə” sözlərini yazmışdı. Həqiqətən də duyğulandırıcı bir mənzərə idi.

Biz həmin qeyd edilən nömrəyə nə qədər zəng vursaq da zəng çatmadı. İndi də zəng vururuq, artıq nömrənin yandığı deyilir. Biz bu yazını şagirdlərimizlə birgə bu günə qədər qoruyub- saxlamışıq və çalışacağıq da gələcək nəsillərə onu çatdıraq”.

© Sputnik / Emin Alisahib
Ağdamda 300 dən çox gəncin səxsi əşyaların saxlandığı yer

Eləcə də oxuyun:

* Müharibə uşaqlarının yuxuları və kəndləri... – GÜLƏBİRD QEYDLƏRİ

* Şəhid kapitanın vəsiyyəti yerinə yetirildi - FOTO

* Yüzlərlə qəhrəmanın yeganə şəhid bacısı: "Yubileyi son ad günü oldu"

 

 

Mövzu:
Müharibə adamları
Teqlər:
müharibə, Qarabağ, yazı, məktəb, Ağdam, əşya, qəhrəman, qazi, şəhid

Əsas mövzular