Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Korotçenko: "Moskva və Ankara bundan sonra da Qarabağda əməkdaşlığı davam etdirməlidir"

© Sputnik / Murad OrujovГлавный редактор журнала "Национальная оборона" Игорь Коротченко
Главный редактор журнала Национальная оборона Игорь Коротченко - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Abunə olmaq
Rusiyanın hərbi eksperti İqor Korotçenko Ağdamdakı Monitorinq Mərkəzinin uğurlu fəaliyyətindən danışaraq Rusiya və Türkiyənin hansı sahədə əməkdaşlığı gücləndirməli olduqlarına da toxunub.

BAKI, 3 may — Sputnik. Rusiya və Türkiyə bundan sonra da Qarabağda əməkdaşlığı inkişaf etdirməlidirlər – bunu Sputnik Azərbaycan-a Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Rusiya ilə Türkiyənin Qarabağda maraqlarının kəsişməsinin ən vacib nöqtəsinə də toxunan Korotçenko bunun hazırda Azərbaycanın Ağdam rayonunda son dərəcə uğurlu fəaliyyət göstərən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin olduğuna diqqət çəkib.

Hərbi ekspert qeyd edib ki, Moskva və Ankaranın Mərkəzin səmərəli fəaliyyətini dəstəkləməsi vacibdir və tərəflər bu vəzifənin öhdəsindən gəlir: onların arasında heç bir ziddiyyət yoxdur, rus və türk zabitlər ahəngdar şəkildə fəaliyyət göstərirlər.

"Biz Azərbaycan tərəfinə mərkəzi lazımi şəraitlə (logistika, nəqliyyat) təmin etdiyi üçün, eləcə də Mərkəzin istifadəyə verilməsində göstərdiyi köməyə görə təşəkkür edirik", – deyə o bildirib.

Korotçenko əmindir ki, Rusiya və Türkiyə gələcəkdə də Qarabağda münasibətləri bu xətt üzrə inkişaf etdirməlidirlər. Həm Qarabağla bağlı üçtərəfli bəyanatın yerinə yetirilməsinə, həm də Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı birləşmələrinin bu ərazidən çıxarılmasına (9 Noyabr bəyanatından irəli gələn - red.) nəzarət etməlidir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə edilib.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0