13:16 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
QARABAĞ
Qısa URL
2810

"Minalardan təmizləmə işləri başa çatdıqdan sonra biz, təbii ki, o ərazilərdə seysmik fonun öyrənilməsi üçün tədqiqatlar aparacağıq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. "Qarabağda zəlzələ ilə bağlı fon səviyyəsi ümumi seysmik rayonlaşdırılmada 8 baldır". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işləri başa çatdıqdan sonra bu məqsədlə tədqiqat işləri aparılacaq: "Siz də bilirsiniz ki, işğalda olduğu müddətdə o ərazilərdə heç bir tədqiqat işi aparılmayıb. Çünki o ərazilər işğal dövründə minalanıb. Minalardan təmizləmə işləri başa çatdıqdan sonra biz, təbii ki, o ərazilərdə seysmik fonun öyrənilməsi üçün tədqiqatlar aparacağıq. Amma Qarabağda zəlzələ ilə bağlı fon səviyyəsi ümumi seysmik rayonlaşdırılmada 8 baldır".

Q.Yetirmişli Ermənistan ərazisində, Göyçə gölünün yanında 5,2 bal gücündə zəlzələ qeydə alınmasından sonra Azərbaycanın sərhəd rayonlarında ciddi təkanların gözlənilmədiyini də bildirib: "Orada zəlzələ 6 bala qədər hiss olunub. Bundan sonra təkanlar gözlənilən deyil".

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan ərazisində, Göyçə gölünün yanında 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Teqlər:
Qurban Yetirmişli, işğaldan azad edilmiş ərazilər, Qarabağ, seysmik aktivlik, zəlzələ

Əsas mövzular