QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Sabah təəccüblənməyin, daha "Qarabağ ordusu" olmayacaq" - Sarqsyanın kürəkəni

© Sputnik / Maksim Blinov / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Ermənistanın sabiq səfiri və ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəninin fikrincə, hazırkı vəziyyətdə yeganə günahkar ölkənin baş naziridir

BAKI, 1 fevral - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan "Qarabağın müdafiə ordusunun" ləğv olunması barədə razılığa gəliblər. 

Sputnik Ermənistan yazır ki, bunu Facebook-da Ermənistanın Vatikandakı sabiq səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan yazıb. 

"Sabah yenidən "təəccüblənməyəsiz" deyə deyirəm - Nikolla Vaqarşak Arutyunyan razılaşdılar, "Qarabağın müdafiə ordusu" yaxın vaxtlarda ləğv olunacaq", - Minasyan yazıb.

Onun sözlərinə görə, əvəzində Qarabağ milisi, qvardiya və ya polisin daxili qoşunlarının olacağının heç bir əhəmiyyəti yoxdur. Çünki onun fikrincə, "Qarabağın yerdə qalan hissəsinin" öz təhlükəsizliyini müstəqil surətdə qorumaq imkanı olmayacaq. 

"Qarabağ ordusu daha olmayacaq və bunun yeganə təqsirkarı Nikol Paşinyandır, o, öz missiyasını sonadək çatdırır", - Minasyan qeyd edib.

Qeyd edək ki, keçmiş səfir və sabiq prezident Sarqsyanın kürəkəni vəzifə səlahiyyətlərinin aşılması, qeyri-qanuni varlanma, pulların yuyulması, gəlirləri barədə yalan məlumat vermək ittihamları ilə axtarışdadır. 

 

Xəbər lenti
0