SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov: "Moskva Qarabağ nizamlanmasında ATƏT-dən böyük dəstək gözləyir"

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidВизит делегации РФ в Азербайджан
Визит делегации РФ в Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
ATƏT məkanında böhran vəziyyətlərinin həlli ilə bağlı əldə olunan razılaşmalar iştirakçı dövlətlərdən daha çox dəstək almalıdır. Bu da onların reallaşdırılmasına yardım edəcək.

BAKI, 3 dekabr — Sputnik. Moskva ATƏT ölkələrindən Dağlıq Qarabağ üzrə nizamlanmada böyük dəstək gözləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici İşlər naziri Sergey Lavrov videokonfrans formatında gedən ATƏT XİN başçılarının Şurasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, münaqişələrin nizamlanmasında təşkilatın potensialına ehtiyac yüksək olaraq qalır.

"ATƏT məkanında böhran vəziyyətlərinin həlli ilə bağlı əldə olunan razılaşmalar iştirakçı dövlətlərdən daha çox dəstək almalıdır. Bu da onların reallaşdırılmasına yardım edəcək. Bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibətdə gözləyirik. Bu prosesə yardım etməyə davam edəcəyik. ATƏT-in Minsk qrupunun həmsədrləri arasında əməkdaşlığı dəyərləndiririk", - deyə Lavrov qeyd edib.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Министр иностранных дел Азербайджана Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ceyhun Bayramovdan ATƏT dövlətlərinə mesaj: "Öhdəliklərini bir daha təsdiqləməlidirlər"

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0