06:10 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
41 0 0

Heyətlərdən biri İdlib başda olmaqla Suriyadakı, digəri isə Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək fəaliyyətləri türk hərbi heyətlə birgə müzakirə ediblər.

BAKI, 14 noyabr - Sputnik. Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə bağlı Ankaraya səfər edən Rusiya nümayəndə heyətinin ötən günkü danışıqları başa çatıb.  

Sputnik Türkiyə-nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair məsələlər bu gün də müzakirə olunacaq. 

Ötən gün Ankaraya Rusiyadan 20 nəfərlik iki heyət gedib. Heyətlərdən biri İdlib başda olmaqla Suriyadakı, digəri isə Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək fəaliyyətləri türk hərbi heyətlə birgə müzakirə ediblər.

Heyətlər öncə Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalla görüşüblər.

Əsas mövzular