05:56 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
8010

Çavuşoğlu: Atəşkəsin pozulmasına qarşı hansı tədbirlərin görüləcəyi də daxil olmaqla bütün məsələlərdə detallı şəkildə iş birliyi olacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. İşğaldan azad edilən Azərbaycan ərazilərində Rusiyanın rolu nədirsə, Türkiyənin də rolu o olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yaradılacaq Türkiyə Rusiya mərkəzin təyinatı, Türkiyənin bu mərkəzdə rolu barədə danışarkən qeyd edib.

Nazir deyib ki, Mərkəzdə bərabər işləyəcəklər:

"Mərkəz Azərbaycan torpaqlarında olacağı üçün ev sahibi ölkənin, Azərbaycanın da rolu önəmlidir. Əgər atəşkəs pozularsa, mərkəz bunları təsbit edəcək. Atəşkəsin pozulmasına qarşı hansı tədbirlərin görüləcəyi də daxil olmaqla bütün məsələlərdə detallı şəkildə iş birliyi olacaq. Birlikdə işləyəcəyik".

Çavuşoğlu qeyd edib ki, sabah Rusiyadan gələcək heyətlə birgə ortaq çalışma qrupu yaradaraq razılaşmanın əsaslarını müəyyənləşdirəcəklər. Sonra gəlib Azərbaycanla bunun detallarını müzakirə edəcəklər.

"Mərkəz atəşkəsə əməl olunmasını havadan və qurudan yoxlayacaq. Atəşkəs pozularsa, bunları qeydə alacaq və atəşkəsi pozanlara qarşı hansı tədbirlərin görüləcəyini dəqiqləşdirib, lazım olanı edəcək. Yəni, olduqca önəmli bir işlər görəcək. Dediyim kimi Rusiya və Türkiyə bu işləri birgə görəcək", - deyə Çavuşoğlu qeyd edib.

O, həmçinin bildirib ki, atəşkəsə nəzarət mərkəzi Azərbaycanın ayırdığı ərazidə yerləşəcək:

"Ev sahibinə hörmətsizlik etmək olmaz. Mən bunu ruslara da dedim".

Teqlər:
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu

Əsas mövzular