07:05 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
33820

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu: Ümid edirik ki, Ermənistan keçmişdəki səhvlərindən dərs alacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Sabah Rusiyadan gələcək nümayəndə heyəti ilə Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzi ilə bağlı detallar müzakirə olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Türk nazir qeyd edib ki, bu işin detalları müzakirə ediləcək. Mərkəz Azərbaycan torpağında və qardaş ölkənin uyğun gördüyü yerdə olacaq:

"Bu mərkəz önəmli işlər görəcək. Nəzarəti həyata keçirəcək, şikayətlər olduğu vaxt onları araşdıracaq. Ümid edirik ki, Ermənistan keçmişdəki səhvlərindən dərs alacaq".

Teqlər:
Rusiya, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, Türkiyənin Xarici İşlər naziri

Əsas mövzular