12:12 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
31612

Jurnalistin mərkəzdə türk kontingentinin olub-olmayacağına dair dəqiqləşdirici sualına diplomat "buna gərək yoxdur" deyib.

BAKI, 11 noyabr - Sputnik. Rusiya-Türkiyə Mərkəzi Qarabağda atəşkəsə əməl olunması barədə razılığa nəzarəti həyata keçirəcək, orada türk kontingenti olmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

"Bu, qarşılıqlı Rusiya-Türkiyə mərkəzi olacaq, söhbət tərəflərin sülh bəyannaməsinə əməl etməsinə texniki nəzarətdən gedir. Türk hərbçilərinin oraya daxil edilməsindən söhbət getmir", - Polad Bülbüloğlu RBK telekanalının efirində deyib.

Jurnalistin mərkəzdə türk kontingentinin olub-olmayacağına dair dəqiqləşdirici sualına diplomat "buna gərək yoxdur" deyib.

P.Bülbüloğlunun sözlərinə görə, bu mərkəz ətrafında çox spekulyasiyalar aparılır.

"Vəziyyəti aydınlaşdırmaq istəyirəm: bu mərkəz Azərbaycanın ərazisində olacaq, onun yerləşmə yerini Azərbaycan hökuməti Rusiya ilə Türkiyə arasındakı razılaşma əsasında müəyyən edəcək", - diplomat əlavə edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
Teqlər:
sülhməramlılar, hərbçi, türk, Dağlıq Qarabağ, Azərbaycan, Polad Bülbüloğlu

Əsas mövzular