Daha əvvəl Nazirlik Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutduğunu bildirib.
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, daha əvvəl Nazirlik Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutduğunu bildirib.
Bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz.