BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, daha əvvəl Nazirlik Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutduğunu bildirib.