03:18 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1159)
26 0 0

Hikmət Hacıyev: “Ermənilərin törətdiyi Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı”

BAKI, 30 oktyabr — Sputnik. “Holokost Nürnberq Məhkəməsində qiymətini alandan sonra Holokost oldu”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və dijər şəhərlərdə jinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Avropa Məhkəməsində Çıraqov işi çərçivəsində Ermənistanın əməli qiymətini alıb: “Eyni zamanda beynəlxalq hərbi tribunal yaradılmasına ehtiyac var ki, bu əməlləri törədənlər beynəlxalq ədalət çərçivəsində də cavab versinlər. Bu kimi cinayətlərin cəzalandırılmaması, bu qəbildən cinayətləri törədən şəxsləri daha da həvəsləndirir. Ermənilərin 1992-ci ildə törətdiyi Xocalı soyqırımına ədalətli qiymət verilsəydi, Ruanda soyqırımı olmazdı”.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1159)

Əsas mövzular