16:14 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
18430

Hikmət Hacıyev: Əvvəlcə Ermənistan qüvvələri getməli və məcburi köçkünlərin geri qayıtmasına imkan verməlidir. Yalnız bundan sonra biz ayrıcı qüvvələr barədə danışa bilərik.

BAKI, 16 oktyabr — Sputnik. Rəsmi Bakı hazırda Rusiyadan Qarabağa hərbi müşahidəçilərin göndərilməsinə ehtiyacın olmadığını düşünür. Sputnik Azərbaycan xəbər verir ki, bunu İspaniyanın "El Mundo" nəşrinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Gəlin aydınlaşdıraq. Azərbaycan əməliyyatı digər ölkənin ərazisində aparmır, onun suverenliyi altında olan ərazidə aparır və biz düşünmürük ki, hazırda bu hərbçilərin göndərilməsi mümkündür. Hazırda onlara ehtiyac yoxdur... Əvvəlcə Ermənistan qüvvələri getməli və məcburi köçkünlərin geri qayıtmasına imkan verməlidir. Yalnız bundan sonra biz ayrıcı qüvvələr barədə danışa bilərik. Hələlik bu barədə danışmaq tezdir", - deyə Hacıyev qeyd edib.

Azərbaycan tərəfinin atmağa hazır olduğu addımlardan danışan Hacıyev, rəsmi Bakının heç vaxt "Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağa özünüidarəetmə hüququnun verilməsini istisna etmədiyini" bildirib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Əsas mövzular