23:51 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (741)
18 0 0

"Azərbaycan ərazisində indiki döyüşlərdə xarici silahlı birləşmələrin iştirak etməsi barədə heç kim bizə heç bir sübut təqdim etməyib", – Azərbaycan prezidenti bildirib

BAKI, 15 oktyabr — Sputnik. Suriya və Liviyadan olan muzdlular Dağlıq Qarabağda Azərbaycanın tərəfində döyüşmürlər, bununla bağlı heç bir dəlil yoxdur. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.

"Azərbaycan ərazisində indiki döyüşlərdə xarici silahlı birləşmələrin iştirak etməsi barədə heç kim bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz ondan ibarətdir ki, bizim heç bir xarici muzdlumuz yoxdur", – Azərbaycan Prezidenti bildirib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (741)

Əlaqədar

İlham Əliyev: Heç bir şərtlə Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək
Əliyev Rusiya və Azərbaycanın çoxəsrlik dostluğu haqqında danışdı
Azərbaycan Prezidenti bəyan edib ki, rəsmi Bakı Qarabağda azadlıq müharibəsi aparır
İlham Əliyev Rusiyanı Azərbaycan üçün strateji tərəfdaş adlandırıb
İlham Əliyev və Nikol Paşinyan Sputnik-ə müsahibə veriblər

Əsas mövzular