01:16 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (690)
92 0 0

"Bu halda söhbət Ermənistandan gedir, prezident bu iki məsələni dəqiq izah edib və bir-birindən ayırıb. KTMT üzrə öhdəliklər Qarabağa şamil edilmir", – Peskov əlavə edib

BAKI, 7 oktyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəlikləri Ermənistandan fərqli olaraq Qarabağa şamil edilmir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin xatırladıb ki, Ermənistan KTMT-nin üzvüdür və Rusiyanın bu ölkə qarşısında müəyyən öhdəlikləri var.

"Bu, təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklərdir. Yəni, əgər KTMT-yə üzv olan ölkə hansısa təcavüzə, xaricdən hücuma məruz qalırsa, onda müqavilənin iştirakçısı olan ölkələr belə bir dövlətin müdafiəsinə qalxmağa öhdəlik daşıyırlar", – Peskov jurnalistlərin sualına cavabında deyib.

Rusiyanın Dağlıq Qarabağdakı münaqişə zonasına hərbçiləri hansı halda göndərməyə hazır olduğu sualına cavabında prezidentin mətbuat katibi bunun öhdəlikdən irəli gəldiyini bildirib.

"Bu halda söhbət Ermənistandan gedir, prezident bu iki məsələni dəqiq izah edib və bir-birindən ayırıb. KTMT üzrə öhdəliklər Qarabağa şamil edilmir", – Peskov əlavə edib.

 

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)

Əlaqədar

Əliyev və Putin ilk dəfə Qarabağdakı döyüşləri müzakirə ediblər
Paşinyanın müavini Rusiya səfiri ilə görüşdü, Qarabağdan isə…
Putindən Paşinyana tərs sillə: "Döyüşlər Ermənistan ərazisində getmir"
Aİ rəsmisi Bakının Qarabağla bağlı şərtlərini dəyərləndirib
Kardi B azərbaycanlılardan üzr istəyib - "Biz araşdırmadıq"
Teqlər:
kreml, KTMT, Dağlıq Qarabağ

Əsas mövzular