15:39 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
69110

Bayden deyib ki, Vaşinqton da öz yardım proqramlarını gözdən keçirməlidir ki, heç bir silahlanmanın hücum niyyətilə istifadə olunmayacağına zəmanət ala bilsin

BAKI, 28 sentyabr - Sputnik. Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden Dağlıq Qarabağdakı vəziyyətlə bağlı narahatlığını bildirərək atəşi dayandırmağa çağırıb.

“Dağlıq Qarabağda zorakılığın alovlanması məni dərindən narahat edir və təcili deeskalasiyaya, atəşkəsin bərpasına, Ermənistanla Azərbaycan arasında danışıqların yenilənməsinə çağırıram”, - siyasətçinin qərargahının bazar ertəsi yaydığı məlumatda deyilir.  

Onun fikrincə, ABŞ təmas xəttində müşahidəçilərin artırılmasında israr etməli, “Rusiyanı hər iki tərəfə silah tədarük etməkdən çəkindirməlidir”. Bundan başqa, Bayden deyib ki, Vaşinqton da öz yardım proqramlarını gözdən keçirməlidir ki, heç bir silahlanmanın hücum niyyətilə istifadə olunmayacağına zəmanət ala bilsin.

“Dağlıq Qarabağda zorkılığın artması daha iri regional münaqişəyə çevrilə bilər, ona görə regiondakı üçüncü tərəflər münaqişədən aralı durmalı, Minsk qrupunun vasitəçiləri isə dərhal deeskalasiyaya və danışıqların yenilənməsinə nail olmalıdırlar”, - Bayden deyib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Əlaqədar

İtaliya parlamentariləri Ermənistanın təxribatını pislədilər
Cənub qonşumuz bölgədə gərginliyin artmasından narahat oldu
Azərbaycan MN Ermənistanın itkilərini açıqladı: 550 nəfərdən çoxdur
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası məhv edilib - VİDEO
Vaşinqtondan Ceyhun Bayramova zəng: Qarabağda son vəziyyəti soruşdular
Teqlər:
ABŞ, Co Bayden, Azərbaycan, Ermənistan, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular