07:38 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın Şuşa şəhərində dağıdılmış ev

Qarabağ münaqişəsinin nizamlanmasında kompromis imkanını görürük

© Sputnik / Ilya Pitalev
QARABAĞ
Qısa URL
336 0 0

"Bizim kompromisin olmasına dair anlayışımız var. Bu olduqca uzun müddət davam edən münaqişədir. Bu münaqişə MDB məkanında davam edən ən uzunmüddətli münaqişələrdən biridir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 dekabr - Sputnik. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səylər göstərəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Bizim kompromisin olmasına dair anlayışımız var. Bu olduqca uzun müddət davam edən münaqişədir. Bu münaqişə MDB məkanında davam edən ən uzunmüddətli münaqişələrdən biridir", - deyə Lavrov vurğulayıb.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimk Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səylər göstərəcək: Ümid edirik ki, münaqişənin həllinə dair nəticələr olacaq".

Əsas mövzular