13:08 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8853
Azərbaycanın Xairici İşlər naziri Elmar Məmmədyarov

Məmmədyarov Mnatsakanyanla görüşdən məyus olub: əsaslı danışıqlar lazımdır

© Sputnik / Murad Orujov
QARABAĞ
Qısa URL
43220

Azərbaycanın Xarici İşlər naziri Rusiya KİV-nə müsahibəsində deyib ki, bu gün masada olan sənəd üzrə Yerevanla əsaslı şəkildə danışıqlar aparmaq lazımdır

BAKI, 17 oktyabr — Sputnik. Əgər Qarabağla bağlı münaqişəli tərəflər irəli getmək istəyirsə və həqiqətən bu siyasi mübahisənin həllini istəyirlərsə, onda əsaslı danışıqlar başlamalıdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "İzvestiya" qəzetinə müsahibəsində deyib.

Erməni həmkarı Zöhrab Mnatsakanyan ilə görüşləri barədə danışan Azərbaycan XİN başçısı xatırladıb ki, onunla sonuncu dəfə bir ay əvvəl ABŞ-da görüşüblər.

"Mən artıq bunu demişəm, təəssüf ki, biz danışıqlar barədə deyil, məhz görüş barədə danışmalıyıq. Erməni həmkarımızla sonuncu belə görüş Minsk qrupunun iştirakı ilə Nyu-Yorkda olub, düzünü desəm, mən o görüşdən bir az məyus olmuşam", - deyə o bildirib.

"Əgər Qarabağla bağlı münaqişəli tərəflər irəli getmək istəyirsə və həqiqətən bu siyasi mübahisənin həllini istəyirlərsə, onda əsaslı danışıqlar başlamalıdır", - Məmmədyarov deyib.

"Bəli, biz danışıqlar aparırdıq, lakin Minsk qrupu həmsədrləri bir məqamda dedilər: başa düşürsünüz, təmas xəttində hərbi əməliyyatlar gedir..." - XİN başçısı bildirib.

"Ancaq obyektivlik naminə deyək ki, son illər ərzində - yeri gəlmişkən, görün artıq neçə ildir - onlar Praqada başladılar, sonra bu Madrid sənədi ilə nəticələndi - bütün dövrlərdə təmas xətti kifayət qədər qaynar olub", - o əlavə edib.

Məmmədyarov onu da qeyd edib ki, yenə də tərəflər problemləri həll edə, irəli gedə və cari məsələlərin necə həll ediləcəyi ilə bağlı olduqca ciddi, addım-addım danışıqlar apara bilərlər. İlk növbədə hərbi qüvvələrin öz kazarmalarına və daimi yaşayış yerlərindən qovulan insanların öz evlərinə qayıtmalarını təmin etmək olar. Və bundan sonra bütün digər məsələlər həll oluna bilər.

Nazirin fikrincə, 2008-ci ildə Madrid sənədində, sonra 2010-cu il üçün yenidən işlənmiş versiyasında, sonra Kazan sənədində qoyulmuş məsələlərin hamısı işlənilir, həmçinin onlar prinsipcə danışıqlar üçün əsas olaraq qalır.

"Və biz həmişə bizim həmsədrlərə deyirik: heç yerə getməyəcəyik, oturmalıyıq və bu gün masada olan sənəd üzrə Yerevanla əsaslı şəkildə danışıqlar aparmalıyıq", - deyə Məmmədyarov vurğulayıb.

Əlaqədar

"Azərbaycanın dövlət başçısı izah etdi ki, "Dağlıq Qarabağ xalqı" anlayışı mövcud deyil"
"Qarabağın mənsubiyyəti Paşinyan kimilərin bəyanatı ilə dəyişdirilməyəcək"
Ərdoğan qətliam ünvanını göstərdi: “Siz Qarabağa baxın”
XİN həmsədrlərin Qarabağdan Bakıya gəlməsini şərh edib
Elmar Məmmədyarov BMT-nin Baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Teqlər:
Elmar Məmmədyarov, XİN, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ

Əsas mövzular