08:47 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8701
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanayan

Mnatsakanayan anons verdi: “Qarabağa dair razılaşmaların nəticələrini görəcəyik”

© Sputnik / Asatur Yesayants
QARABAĞ
Qısa URL
206410

Zöhrab Mnatsakanayan ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlərindən danışdı

BAKI, 29 may — Sputnik. “Biz yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana və Moskvada müzakirə olunan bəzi razılaşmaların nəticələrini nümayiş edə biləcəyik”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanayan bu ölkənin İctimai radiosunun jurnalistlərinin suallarını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, hazırkı mərhələdə digər məsələlər də müzakirə olunur. ATƏT-in Minsk qrupunun həmsədrləri artıq Yerevan və Xankəndində görüşlər keçiriblər, Bakıda da görüşün keçirilməsi planlaşdırılır.

"Bundan sonra, biz daha kompleks nəticəyə gələ bilərik. Çünki hazırkı mərhələdə bu proseslər davam edir" - deyə Mnatsakanyan vurğulayıb.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun "Ermənistanın yeni rəhbərliyinə məsələnin öyrənilməsi üçün vaxt verilmişdi və hazırda o vaxt bitib" fikirlərinə münasibət bildirən erməni nazir qeyd edib ki, bu cür ritorika "danışıq ritorikası" deyil və bundan da əlavə danışıq aparan tərəfə yaraşmır".

Qeyd edək ki, mayın 27-i Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov yazılı formada Rusiyanın "Kommersant" nəşrinə müsahibəsində bildirmişdi ki, Azərbaycanda Ermənistanın yeni rəhbərliyinin sağlam düşüncəli olacağına dair müəyyən ümidlər bəslənilir: "Biz onların Azərbaycanla münasibətləri nizama salmadan, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olmadan, aqressiya və işğal siyasəti yürütməklə özlərini saldıqları dalandan çıxa bilməyəcəklərini dərk edəcəklərinə ümid edirik. Öz tərəfimizdən Ermənistanın yeni rəhbərliyinin danışıqlar prosesinin detalları ilə tanış olmaları üçün müəyyən müvəqqəti fasilə verdik. Bu keçid dövrü artıq bitib, danışıqlar həm ölkə rəhbərləri, həm də xarici işlər nazirləri səviyyəsində bərpa olunub. Belə ki, bu il ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mən artıq öz erməni həmkarımla (Zöhrab Mnatsakanayan – red.) iki dəfə - yanvarda Parisdə, aprel də isə Moskvada görüşdüm. Son görüş üçtərəfli formatda – Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə baş tutdu. Dialoq mövcud gündəlik üzrə mövcud formatda aparılır ki, bu da müəyyən optimizm yaradır".

Əsas mövzular