19:57 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8964
Fransa Paris

Məmmədyarov-Mnatsakanyan görüşünün yeni məkanı və zamanı açıqlandı

© AFP 2019 / LUDOVIC MARIN
QARABAĞ
Qısa URL
79 0 0

Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq

BAKI, 14 yanvar — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransanın paytaxtı Parisdə keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Əlaqədar

"Azərbaycan Qarabağ məsələsində icmalararası dialoqa hazırdır"
Azərbaycanlı icması Qarabağda film çəkənlərə etiraz edib
Putin-Paşinyan görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb
Teqlər:
ATƏT, Andjey Kaspşik, görüş, Zöhrab Mnatsakanyan, Ermənistan, Elmar Məmmədyarov, xarici işlər naziri, Azərbaycan

Əsas mövzular