BAKI, 14 yanvar — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransanın paytaxtı Parisdə keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.